Polis və ordu etiraz akisyası iştirakçılarını atəşə tutub - 38 nəfər ölüb
Myanmada polis və ordu hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz olaraq aksiya keçirən kütləyə atəş açıb. Report xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Hadisə ölkənin Maqvey bölgəsində baş verib. Nəticədə 38 nəfə ölüb.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada hərbçilər hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, hökumətin bir sıra üzvləri saxlanılıb.
Yada salaq ki, bir neçə il əvvəl bu ölkədə müsəlmanlar qətliama məruz qoyulmuş, ölkədən köç etməyə məcbur edilmişdi...
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: