Mümkün müharibə zamanı İsrailə hər gün 2000 raket atılacaq - General

İsrail Hizbullahla mümkün müharibə zamanı gündəlik 2000 raket atəşinə məruz qalacaq.
Turkustan xəbər verir ki, bunu İsrail ordusunun logistika üzrə komandanı general-mayor Uri Qordin deyib
“Onlar bilirlər ki, döyüş meydanında qələbə qazana bilməzlər. Ona görə də onlar ikinci cəbhə yaratmağa cəhd edirlər. Bu bizim evlər, bizim şəhərlərdir. İsrailə gündəlik atılacaq 2000 raket onun hərbi və mülki müdafiəsinin dayanıqlığının yoxlanılması üçün imkan olacaq”, – deyə o bildirib.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: