Neft karantin tədbirlərinin yeni dalğasına görə ucuzlaşır
Dünya birjalarında neftin qiymətləri ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar geriləyərək 68,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 64,81 dollar olub.
Ekspertlərin fikrincə, bu, koronavirus infeksiyası hallarının artması ilə əlaqədar Avropada yeni karantin tədbirləri dalğasının tətbiq olunması ilə bağlıdır.
Bu arada Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 68,82 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.