"Rusiya və Türkiyə arasında Suriya ilə bağlı fikir ayrılıqları var"- Kreml
Rusiya və Türkiyə arasında Suriya ilə bağlı fikir ayrılıqları var, lakin əməkdaşlıq davam edir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, iki ölkənin prezidentlərinin əldə etdiyi razılaşmalar əsasında Suriyada rusiyalı hərbçilər türkiyəli həmkarları ilə olduqca sıx əməkdaşlıq edirlər: “Əməkdaşlığın həyata keçirildiyi rayonlarda vəziyyət sadə deyil, orada terror elementləri qalmağa davam edir ki, bu da vəziyyətin normallaşmasına maneə olur. Lakin bütün bunlara baxmayaraq, əməkdaşlıq davam edir”.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: