Azərbaycan 2 ayda neft ixracından 2 milyard dollar gəlir əldə edib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 5,694 milyon bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən 2 ayda ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi dəyəri 2,044 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə icracın həcmi 0,3% artıb, dəyəri isə 25% azalıb.
Sözügedən məhsulların Azərbaycanın ümumi ixracında payı 83,9 % olub.
Oxunub: 395
Xəbəri paylaş
Paylaş: