ABŞ Senatı Uilyam Bernsi MKİ-nin direktoru vəzifəsinə təsdiqlədi
ABŞ Konqresinin Senatı Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
Report xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti bildirib. Məlumata görə, Bernsin namizədliyi yekdilliklə bəyənilib. O, yaxın vaxtlarda and içəcək.
Berns 2005-ci ildən 2008-ci ilə qədər Moskvada səfir işləyib. O, 2011-2014-cü illərdə ABŞ-ın dövlət katibinin birinci müavini postunu tutub, son illər Karneqi Fondunun prezidenti idi.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: