Ermənistanda son sutkada 1 000-dən çox yoluxma qeydə alınıb - 12 nəfər ölüb
Ermənistanda son sutkada daha 1 071 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 183127-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 332-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 855 nəfərdir. İndiyədək 167 977 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 10 963 aktiv koronavirus xəstəsi var.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: