Paşinyan:
"Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir"
“Interfax” xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.
“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.