Mən qaçana oxşayıram?- Paşinyan

Mən qaçan insana bənzəyirəm? Heç kim xalqın verdiyi qərardan qaçacağımı düşünməsin.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Artaqatsotn bölgəsinə səfəri zamanı deyib.
“Ter-Petrosyan özü siyasi karyerasında 2 dəfə qaçmağın nümunəsini göstərib. İnsanlar məni güllələməli olduqlarına qərar versələr belə, divarın önündə dayanacağam. Qaçmayacağam”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Levon Ter-Petrosyan daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Baş nazir Nikol Paşinyanın dərhal istefa verib, ölkədən qaçması olduğunu demişdi./axar.az
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: