ABŞ Avropadakı nüvə arsenalını ixtisar edir
Son illər Amerika Birləşmiş Ştatları (ABŞ) özünün Avropadakı taktiki nüvə silahının sayını əhəmiyyətli dərəcədə azaldıb, amma bu, rəsmi elan olunmayıb.
Bu barədə «Kommersant» qəzeti nüfuzlu «Amerika alimləri federasiyası» (FAS) adlı tədqiqat təşkilatnın məlumatlarına istinadla yazıb.
Təşkilatn ekspertlərinin fikrincə, son illər Vaşinqton özünün Avropadakı nüvə aviabombalarının sayını 1/3 qədər azldıb.
Bu nəticələr FAS ekspertləri Hans Kristenssen və Mett Kordun apardığı tədqiqtlara əsaslanır. Onlar ABŞ-n nüvə qüvvələrinin şərhini dərc ediblər.
Materialdan görünür ki, Amerikanın Avropadakı qravitasiya bombalarının (B61) sayı 100 vahidə qədər azalıb. Əvvəllər hesab edilirdi ki, ABŞ 150 ədəd atom bombasını 6 NATO bazasında - Belçikada, Almaniyada, İtaliyada, Niderlandda və Türkiyədə saxlayır.
Amerikalı ekspertlərin fikrincə, ABŞ bombalarının sayınıixtisar edə bilər. Xüsusilə də Vaşinqtonla Ankara arasında münasibətlər Türkiyədə dövlət çevrilişinə cəhddənsonra (2016) pisləşdiyindən «İncirlik» bazasında olan atom bombalarının sayı ixtisar edilə bilər.
Xatırladaq ki, ABŞ-n rəhbərliyi altında koalisiya qüvvələri Suriyaya soxulandan sonra Vaşinqton Türkiyədəki «Petriot» Zenit-Raket qurğularını bu ölkədən çıxartmışdı.