Tramp Baydenin miqrasiya siyasətini tənqid etdi
ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp hazırkı Prezident Co Baydenin miqrasiya siyasətini tənqid edib.
Siyasətçinin müvafiq açıqlamasını keçmiş sözçüsü Şon Spayser “Twitter”də yayımlayıb.
Keçmiş dövlət başçısı miqrasiya axınlarının qarşısını almaq məsələsində öz kursunun uğurlu olduğuna diqqət çəkib.
“Biz tarixin ən təhlükəsiz sərhədini Bayden adminstrasiyasına təhvil verməkdən qürur duyuruq. Bayden adminstrasiyası isə bir neçə həftə ərzində milli qələbəni milli fəlakətə çevirdi”, - Tramp bildirib.
O, Meksika ilə sərhəddə divarın inşasını bərpa etməyə çağırıb. Sabiq prezident hesab edir ki, bu prosesi dayandırmaq "ölüm və insan faciələrinə" gətirib çıxaracaq.
Trampın fikrincə, yeni rəhbərlik özünün tam uğursuzluğunu etiraf etməli və onun effektiv siyasətini davam etdirməlidir.
Xatırladaq ki, bundan əvvəl Bayden Trampın Meksika ilə sərhəddə tətbiq etdiyi fövqəladə vəziyyəti ləğv etmişdi.