100-dən çox erməni Xudavəng və Amaras monastırına ziyarətə gəldi - FOTO

Bir qrup erməni zəvvar Rusiya sülhməramlı kontingentinin hərbi personalının müşayiəti ilə Xudavəng monastır kompleksini ziyarət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Əldə edilən razılaşmalar nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçuları erməni zəvvarları rus sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə sərbəst buraxırlar. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir”, – məlumatda bildirilib.
Qeyd olunub ki, son iki gündə 100-dən çox zəvvar rus sülhməramlılarının müşayiəti ilə Xudavəng və Amaras monastırlarını ziyarət edib.






Oxunub: 501
Xəbəri paylaş
Paylaş: