ABŞ və Yaponiya Tayvanı birgə qoruyacaq -
Çinin müdaxiləsindən...
Yaponiya və Amerika Birləşmiş Ştatları (ABŞ) Çinlə Tayvan arasında silahlı münaqişə baş verəcəyi təqdirdə birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
Bu barədə bazar günü «Kyodo» agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadla xəbər verib.
Agentliyin məlumatına görə, uyğun məsələ bu həftə Tokioda baş tutuş görüşdə - Pentaqonun başçısı Lloyd Ostin və Yaponiyanın Müdafiə naziri Nobuo Kisi arasında keçirilmiş görüşdə qaldırılıb.
Bu zaman detallı müzakirə - tərəflər belə münaqişəyə məhz necə reaksiya verəcəyi məsələsi müzakirə olunmayıb. Yaponiyalı nazir həmin görüşdə Çin təyyarələrinin Tayvan boğazında fəallaşması məsələsini dilə gətirib.
«Kyodo»nun qeyd etdiyi kimi, Tokio öz tərəfindən özünümüdafiə qüvvələrini ABŞ təyyarə və gəmilərinin müdafiəsi üçün Tayvan münaqişəsi rayonuna göndərilməsi variantını nəzərdən keçirir. Yaponiya bu mövqedən çıxış edir ki, həmin rayon ona yaxındır və belə vəziyyət ölkənin təhlukəsizlik məsələsinə toxunur.
Görüşün nəticələri əsasında qəbul edilmiş birgə bəyanatda tərəflər Tayvan boğazında sülhə və sabitliyə çağırış ediblər. Yaponiyanın «Nippon TV» telekanalına müsahibəsində Entoni Blinken də Çinin Tayvana yönəlik münasibətindən narahatlığını ifadə edib.