Fransa donanması Qvineya körfəzində altı ton kokain aşkarladı
Fransanın Hərbi Dəniz Qüvvələri Qvineya körfəzində saxladığı gəmidə altı ton kokain aşkarlayaraq müsadirə edib.
“Report” xəbər verir ki, bu barədə Cənubi Afrikanın “SABC” radiostansiyası Fransa komandanlığına istinadən xəbər verib.
Əməliyyat Fransa və Niderland kəşfiyyatının əldə etdiyi məlumatlar əsasında 21 mart tarixində baş tutub. Fransanın “Dixmude” desant gəmisi Sent-Kids və Nevis bayrağı altında hərəkət edən Nijlan yük gəmisini dayandırıb.
Gəmidə altı ton narkotik vasitə olan kokain aşkarlanıb. Əməliyyat Sent-Kids və Nevis hökumətinin razılığı ilə həyata keçirilib.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: