ABŞ-ın dövlət katibi:
“Türkiyə dəyər verdiyimiz müttəfiqdir”
“Türkiyə uzun bir keçmişimiz olan və dəyər verdiyimiz müttəfiqdir”.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmaq deyil, əksinə daha yaxın olmağı planlaşdırır”, – o vurğulayıb.
E.Blinken eyni zamanda bildirib ki, bəzi məsələlərlə bağlı Vaşinqtonla Ankara arasında fikir müxtəlifliyi var.
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: