Təbrizin Şahgölü parkında Azərbaycan bayrağı:
Fövqəladə vəziyyət elan olundu
Təbrizin Şahgölü parkında qayıqlar Azərbaycan bayrağına boyanıb.
Güney Azərbaycan Demokratik Türk Birliyinin məlumatına görə, Təbrizin Şahgölü parkında martın 20-i günorta saatlarında qayığın Azərbaycan bayrağı rənginə boyanması İran rejimini təşvişə salıb.
Təbriz Prokurorluğunun göstərişi ilə parkda fövqəladə vəziyyət elan edilib və çox sayda polis qüvvəsi parka yeridilib.
“Xocalı soyqırımının işğalı günü ermənilərin Ermənistan bayrağını Tehranda qaldırmasından heç bir narahatlıq keçirməyən İran rejimi, Azərbaycan bayrağına görə Təbrizin Şahgölü parkını mühasirəyə alıb. Üzərinə üçrəngli bayraq çəkilən həmin qayığın fotoları azərbaycanlı sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb. Sosial şəbəkələrdə fotoların geniş yayılmasından xəbər tutan rejimin Təbrizdəki Prokurorluğu hərəkətə keçib.
Parka çox sayda polis qüvvəsi yeridilib. Bundan sonra Təbriz qubernatorluğu və prokurorluğunun göstərişi ilə qayıq təcili ağ rəngə boyanıb və park işçilərindən bir neçəsi məsələ ilə bağlı sorğu-suala çəkilib”,- deyə məlumatda bildirilir.
Xatırladaq ki, fotolar sosial şəbəkənin Azərbaycan seqmentində də geniş müzakirə olunub./cebhe.info