Ermənistanda koronavirus: Son sutkada daha 1164 nəfər yoluxub...
Ermənistanda son sutkada daha 1164 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 186 184-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 398-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 865 nəfərdir. İndiyədək 169 485 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 12 436 aktiv koronavirus xəstəsi var.

Oxunub: 190
Xəbəri paylaş
Paylaş: