Bu ölkədə aprelin 20-dək küçəyə çıxmaq qadağan olundu

Bu barədə Niderland höküməti məlumat yayıb.
Ölkənin baş naziri Mark Rutte tətbiq edilən komendant vaxtının isə martın 31-dən etibarən 1 saat azaldılacağını qeyd edib. Onun sözlərinə görə, martın 31-dən komendant saatının vaxtı axşam saat 21:00-da deyil, 22:00-da başlayacaq.
Baş nazir qeyd edib ki, xəstəxanalardakı xəstələrin sayının artması, əvvəllər tətbiq olunan tədbirlərin ləğv edilməsinə imkan vermir. O, lazım olmadıqca may ayına qədər xaricə səyahət etməməyi tövsiyyə edib./yenisabah.az
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: