ABŞ Ankara-Moskva yaxınlaşmasından narahatdır

ABŞ prezidenti Co Bayden Avropa İttifaqı liderləri ilə onlayn videogörüş keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Çin, Rusiya və Türkiyə ilə bağlı Brüssellə Vaşinqtonun ortaq siyasəti müzakirə edilib.
Co Bayden Ankara-Moskva yaxınlaşmasından narahatlığını da ifadə edib.
“Co Bayden Türkiyənin demokratiyadan uzaqlaşması və Ankara ilə Rusiyanın daha sıx təmasından narahat olub”-deyə Bloomberg agentliyi qeyd edib.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: