“Forbes”: “Azərbaycanın Qarabağ müharibəsindəki taktikası dahiyanə idi”
Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənki” müharibəni təkrarlamağa yox, “sabahkı” müharibəyə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.
“Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aparatlarla əvəzlədi və onları havaya qaldırıb Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi, bu isə “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, - “Forbes” qeyd edir.