Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Report xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.
Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: