Ermənistanda pandemiyadan ölənlərin sayı 18 nəfər artaraq 3 434-ə yüksəlib
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 188 446-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 434-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 876 nəfərdir. İndiyədək 170 160 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 13 976 aktiv koronavirus xəstəsi var.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: