Ucarda 13 yaşlı qıza qarşı əxlaqsızlıq edən mədəniyyət evi müdiri həbs edildi
Ucar rayon mədəniyyət evinin müdiri Rəfail Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. (“Trend”) O, vətəndaşın şikayəti əsasında saxlanılaraq azyaşlıya qarşı əxlaqsızlıqda təqsirləndirilib. R.Hüseynov Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.R Hüseynova qarşı Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan olunub.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Bildirilir ki, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: