İki türk ölkəsi aralarındakı ərazi problemini həll etdi
Qırğızıstan və Özbəkistan dövlət sərhədinin bütün mübahisəli sahələrinə dair razılıq əldə etməyə nail olub.
TASS xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Qırğızıstan Hökumət Komissiyasının rəhbəri Kamıçıbek Taşiyev bu gün paytaxt Bişkekdə keçirdiyi brifinqdə bildirib.
“Qırğızıstan-Özbəkistan sərhədinin bütün mübahisəli sahələri üzrə məsələ həllini tapıb”, – deyə o vurğulayıb.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: