Ordumuzun Qarabağda vurduğu general ilk dəfə üzə çıxdı -
FOTO
Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan nazirliyin Hərbi Nəzarət Xidmətinə baş çəkib.
Ermənistan KİV-i xəbər verir ki, o, xidmətin rəisi, general-leytenant Cəlal Arutunyanla da görüşüb.
Xatırtladaq ki, Cəlal Arutunyan Qarabağda sonuncu hərbi əməliyyatlar zamanı qondarma “Qarabağ ordusunun müdafiə naziri” vəzifəsini icra edirdi. O, 2020-ci ilin oktyabrında Azərbaycana məxsus hərbi dronun zərbəsinsdən sonra ağır yaralanmışdı.
Arutunyan yaralandıqdan sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: