İstanbulda polis əməliyyat keçirib -
Azərbaycanlılar saxlanılıb
İstanbul polisi müxtəlif cinayət əməllərində iştirak etdiyi bildirilən və Rusiya ilə əlaqələri ortaya çıxan cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu gün səhər keçirilən əməliyyat zamanı 1Rusiya, 3 Ukrayna, 4 Gürcüstan, 8 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir “AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb.
Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.
Oxunub: 429
Xəbəri paylaş
Paylaş: