Qriqoryan:
"Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir"
“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.
“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.
“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.