Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əsas namizəd yenə Paşinyandır - Hakim partiyanın mövqeyi dəyişməyib
  • Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək
  • Ermənistan KİV-i Nikol Paşinyanın istefa verəcəyi tarixi açıqlayıb
  • Ermənistan müxalifəti Paşinyana qarşı son və qəti tələb irəli sürdü
  • Ermənistanda müxalifət Paşinyanın istefasında israrlıdır
  • Paşinyan gedərsə, onun yerinə kim gələ bilər?- Mümkün variantlar…

    • Tarix: 28-03-2021, 10:33


    Ermənistan növbədənkənar parlament seçkisinə hazırlaşır. Baş nazir Nikol Paşinyan müxalif parlament fraksiyaları və ölkə Prezidenti Armen Sarkisyanla danışıqlardan sonra erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib.

    Bu fakt Paşinyanın əleyhdarlarına onu Konstitusiyaya zidd hərəkət etməkdə günahlandırmaq üçün əsas verib. Erkən seçkilərin keçirilməsinin tarixi parlamentdə qəbul olunduqdan sonra, ölkə prezidenti tərəfindən təsdiqlənməli və elan olunmalıdır.

    Ermənistan Konstitusiyasına görə, məhz parlament seçkilərində qalib gələn qüvvə Baş nazir postuna namizədini təklif edir və Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirir.

    Mərkəzi Seçki Komissiyası rəsmən seçki gününü elan etməsə də, görünür, elə 20 iyunu da təsdiqləyəcək, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir. O deyir ki, siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar.

    Hakim Vətəndaş Müqaviləsi partiyası (parlamentdə onu “Mənim addımım” fraksiyası təmsil edir), oliqarx Qaqik Tsarukyanın Firavan Ermənistan və Edmon Marukyanın rəhbərlik etdiyi Zəkalı Ermənistan və keçmiş Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyanın təsis etdiyi Vətən partiyaları seçkidə iştirak edəcəyini bəyan edib.

    Bundan başqa, Ermənistanın ikinci Prezidenti Robert Sarkisyan birmənalı şəkildə seçkidə iştirak edəcəyini bəyan edib və üçüncü Prezident Serj Sarkisyan da buna eyham vurub.

    ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in maliyyə dəstəyi ilə ötən ay keçirilən sorğuya görə, 5 ballıq cədvəl üzrə ölkədə ən populyar siyasi xadim Nikol Paşinyan 2,8 bal alıb, ikinci yerdə Prezident Armen Sarkisyan (2,3), üçüncü – Qaqik Tsarukyan (2,2), dördüncü – Robert Koçaryandır (2).

    MPG Məşvərət şirkətinin sorğusuna görə isə, seçkilər sorğu günü keçirilsəydi, respondentlərin 33,1 faizi səsini Paşinyanın “Mənim addımım” hərəkatına verərdi.

    Parlamentdə aparıcı qüvvə olmaq və hökumət formalaşdırmaq üçün 50+1 faiz səs qazanmaq lazımdır.

    Robert Koçaryan

    Robert Koçaryan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan, indiki Xankəndində anadan olub.
    O, Ermənistan Respublikasının ikinci Prezidenti (1998-2008), Ermənistan Respublikasının altıncı Baş naziri (1997-1998) olub.
    Robert Koçaryan 1994-cü ilin dekabrından 1997-ci ilin martına qədər tanınmamış Dağlıq Qarabağ Respublikasının “birinci Prezidenti” olub.
    Robert Koçaryanın seçkilərdə iştirak etməsi erkən seçki prosesinə sürpriz qata bilər. Koçaryanın öz partiyası yoxdur, onun hansı formatda seçkilərdə iştirak edəcəyi də hələ məlum deyil. Koçaryanın adı Ermənistanda 10 nəfərin ölümü və 200-dən çoxunun xəsarət alması ilə nəticələnən 1 mart 2008-ci il ixtişaşları və korrupsiya qalmaqalları ilə əlaqələndirilir.
    Buna baxmayaraq, USAID-in maliyyə yardımı ilə fevral ayının ortalarında keçirilən sorğu nəticəsində Koçaryanın seçkilərdə iştirak etmək üçün yaradacağı, amma hələlik naməlum olan qüvvə hakim “Mənim addımım” fraksiyası və Firavan Ermənistandan sonra üçüncü yeri tutub.
    Koçaryanın özünün olduqca böyük və stabil tərəfdarları var, o, Daşnaksutyuna arxalana bilər, seçkilərə keçmiş MTX rəhbəri Artur Vanetsyanın Vətən Partiyası və Paşinyanın istefasını tələb edən digər partiyalarla gedə bilər.
    Onu həmişə Ermənistanın heç də az olmayan rusiyameyilli vətəndaşları dəstəkləyib. Rəsmi Moskva Paşinyanın yerinə Koçaryanın gəlməsini açıq dilə gətirməsə də, Rusiya mediası bunu gizlətmir.
    Paşinyanın üçillik fəaliyyətindən, yerinə yetirilməmiş bol-bol vədlərindən və Qarabağ məğlubiyyətindən sonra məyus olmuş və “güclü şəxsiyyətə” ehtiyac duyanlar da Koçaryanın qayıdışı ilə bağlı ümidlərə köklənib.
    Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Koçaryan olsaydı, Azərbaycan müharibəyə başlamazdı, və ya Rusiya Ermənistanın Qarabağda bu qədər ərazilər itirməsinə yol verməzdi.
    Odur ki, Robert Koçaryanın seçkidə iştirak etmək planları baş tutsa, onun erkən seçkilərin favoritlərindən birinə çevriləcəyi güman edilir. Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci il hadisələri ilə bağlı konstitusiya quruluşunu devirməklə yanaşı külli miqdarda rüşvət almaq iddiası ilə bağlı cinayətlərdə ittiham olunur.

    Armen Sarkisyan

    Ermənistanın indiki prezidenti Armen Sarkisyan ölkədə ən populyar siyasətçilərdən biridir, lakin seçkidə iştirak etmək ya etməmək rəyi məlum deyil.
    Armen Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. 2018-ci ilin aprelindən Ermənistan Respublikasının Prezidentidir. Bundan əvvəl Ermənistan Böyük Britaniyada (1992-1993 və 2012-2018) və 1995-1996-cı illərdə Belçikada, Lüksemburqda, Vatikanda səfiri olub.
    1996-1997-ci illərdə Armen Sarkisyan Ermənistan Respublikasının Baş naziri olub.
    Armen Sarkisyan fizika-riyaziyyat elmləri namizədidir, 1984-1985-ci illərdə Britaniya Cambridge Universitetində müəllim olub.
    Armen Sarkisyan 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün Baş nazir Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi fikrini dəstəkləyir. Lakin o, heç bir siyasi partiya və siyasi hərəkat üzvü deyil, hər hansı partiya və ya seçki bloku tərkibində növbədənkənar parlament seçkisinə qatılmaq niyyətində olduğunu və ya Baş nazir yerinə iddia etdiyini deməyib.

    Serj Sarkisyan

    Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası yalnız MSK tərəfindən seçki günü rəsmən təyin edildikdən sonra iştirak etmək məsələsini nəzərdən keçirər.
    Serj Sarkisyan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan indiki Xankəndi şəhərində anadan olub.
    O, Ermənistan Respublikasının 3-cü Prezidenti (2008-2018) olub.
    Serj Sarkisyan Nikol Paşinyanın rəhbərliyi ilə 2018-ci ildə məxməri inqilab nəticəsində devrilməzdən əvvəl bir həftə Baş nazir vəzifəsində olub (17-23 aprel 2018-ci il).
    Təxminən bir il də (2007-2008) Serj Sarkisyan sələfi Andranik Marqaryanın ölümündən sonra Baş nazir vəzifəsini tutub.
    Serj Sarkisyan Ermənistanın milli təhlükəsizlik naziri olub, 1996-1999-cı illərdə birləşdirilmiş Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl (1993-1995) ölkənin Müdafiə naziri olub.
    Serj Sarkisyan da heç vaxt “siyasi səngəri” tərk etmədiyini deyib, lakin rəhbərlik etdiyi Respublikaçı Partiyasının seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.
    Partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki günü elan etdikdən sonra partiya seçkidə iştirakını nəzərdən keçirəcək və münasibətini bildirəcək.
    Hakimiyyətdə olduğu zaman Sarkisyanın və onun siyasi bazası olan Respublikaçı Partiyasını, əsasən, iri biznes nümayəndələri dəstəkləyirdi. Bu gün, onun az qala bütün xalqın alqışları ilə müşayiət edilən məxməri inqilab nəticəsində devrilməsindən təxminən 3 il sonra rəhbərlik etdiyi partiyasının mandat əldə etmək şansı çox cüzi qiymətləndirilir.
    MPG məşvərət şirkəti tərəfindən Ermənistanda fevralda keçirilən sorğunun nəticələrinə görə, “seçkilər bu gün keçirilsəydi” Serj Sarkisyanın Respublikaçı Partiyasına respondentlərin 2,2 faizi səs verərdi.
    Sarkisyanın Respublikaçı Partiyasının parlamentdə bir neçə yer əldə etməsi istisna olunmasa da, onun hakimiyyətə qayıdışı şanslarının şübhəli göründüyü deyilir.

    Qaqik Tsarukyan

    Tsarukyanın Firavan Ermənistan Partiyası Paşinyanın istefası tələbi ilə etirazlarda da iştirak edib legitim seçkilər yolu ilə baş naziri istefaya göndərmək mübarizəsinə də qatılıb.
    Qaqik Tsarukyan 1956-cı ildə Ermənistanın Arinc kəndində anadan olub. O, Ermənistanın ən iri sahibkarlarından biri, Firavan Ermənistan Partiyasının təsisçisi və rəhbəridir.
    Tsarukyan 2003-cü ildən bu günədək Ermənistan Milli Məclisinin üzvüdür, 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
    Seçkilərdə iştirak edəcək partiyalar arasında Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasının parlamentdə təmsil olunma şansı yüksəkdir. Tsarukyanın doğma Kotayk vilayətində və ümumiyyətlə, ölkədə xeyriyyəçilik və xüsusilə seçki kampaniyaları zamanı əliaçıqlığı onun partiyasını populyarlaşdırır.
    Tsarukyanın partiyası həmişə parlamentdə sayca ikinci qüvvə olub, vaxtaşırı hakim partiya ilə koalisiya yaradıb və bir-iki nazir postuna malik olub.
    Tsarukyan və onun partiyası, “seçkilər bu gün keçirilsə” fevral sorğusunun nəticələrinə görə, ikinci yerdədir – səslərin 4,4 faizini qazanardı.
    Sorğuya əsasən, Tsarukyanın reytinqi, Baş nazir Paşinyan və Prezident Armen Sarkisyandan sonra – üçüncüdür.
    Firavan Ermənistanın öz daimi elektoratından başqa, ona Paşinyan hakimiyyətindən məyus vətəndaşların da səs verməsi istisna olunmur. Partiyanın hazırda parlamentdə 24 mandatı var. Firavan Ermənistanın bu seçkilərdən sonra da, ən sərfəli halda, sayca ikinci qalması ehtimal olunur.

    Artur Vanetsyan

    Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsindən azad edildikdən sonra Artur Vanetsyan (sağda) “Vətən” partiyasını təsis edib. Vətən Partiyası Baş nazir Paşinyanın istefası tələbilə etirazlarda iştirak edib.
    Vanetsyan 1979-cu ildə Yerevanda doğulub. 2000-ci ildən Ermənistan milli təhlükəsizlik orqanlarında çalışır.
    2015-ci ildə Rusiya Federal Təhlükəsizlik Akademiyasında hazırlıq keçib. 2016-2018-ci illərdə Yerevan üzrə MTX İdarəsi rəisinin müavini olub. Məxməri inqilabdan sonra 2018-ci il mayın 10-da Ermənistan MTX direktoru vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. Lakin Baş nazir Paşinyanla “fikir ayrılığına” görə, 16 sentyabr 2019-cu ildə vəzifəsindən azad edilib. O, Ermənistan Futbol Federasiyasının prezidenti (2018-2019) olub.
    MTX rəhbəri vəzifəsindən azad edildikdən sonra “Hayrenik” (Vətən) partiyasını yaradıb.
    2020-ci il noyabrın 10-dan, Qarabağda atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlarda fəal iştirak edir.
    Artur Vanetsyanın Vətən Partiyasının şansları nəinki seçkilərdə qalib gəlmək, hətta parlamentə mandat almaq üçün kifayət qədər səs toplamaq imkanları belə çox aşağı dəyərləndirilir. Vanetsyanın seçkilərə başqa partiyalarla blokda qatılacağını ehtimal etmək olar.

    Edmon Marukyan

    Edmon Marukyanın Zəkalı Ermənistan Partiyası və Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 2007-ci il parlament seçkilərində “Yelk” (Çıxış) vahid liberal siyasi partiya alyansı tərkibində iştirak ediblər.
    Edmon Marukyan 1981-ci ildə Ermənistan SSR, Kirovakan (indiki Vanadzor) şəhərində doğulub.
    Hüquq müdafiəçisi, siyasi xadim, Zəkalı Ermənistan Partiyasının təsisçisi və rəhbəri, eyni adlı parlament fraksiyasının sədridir.
    Marukyan İnsan Haqları və Hüquqi Məsələlər üzrə Avropa Şurası Parlament Assambleyası Komitəsi sədrinin müavinidir.
    Edmon Marukyan rəhbərlik etdiyi Zəkalı Ermənistan partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə iddia etdiyini gizlətmir.
    Zəkalı Ermənistanın hazırda Milli Məclisdə 17 nümayəndəsi var. Onun əsas elektoratı doğma Vanadzor şəhərinin vətəndaşları, ziyalılar və hüquq müdafiəçiləri hesab edilir. Mövcud hakimiyyətin fəaliyyətindən müəyyən sayda narazı vətəndaşların da Zəkalı Ermənistana səs verməsini ehtimal etmək olar. Lakin istənilən halda, Zəkalı Ermənistanın hazırda olduğundan artıq deputat mandatı əldə etməsi şübhə doğurur.

    Levon Ter-Petrosyan

    Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan 2021-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhranın səngiməsi üçün Nikol Paşinyana Baş nazir vəzifəsindən istefa verib ölkəni tərk etməyi tövsiyə edib.
    Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub, 1946-cı ildə onun atası ailəsi ilə Ermənistan SSR-yə köçüb.
    Levon Ter-Petrosyan Erməni Milli Konqresi Partiyasının təsisçisi və rəhbəridir.
    1990-1991-ci ildə Levon Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin sədri olub.
    O, Ermənistan Respublikasının birinci Prezidentidir. O bu vəzifəyə 1991-ci ildə prezident seçkisindəki qələbədən sonra gəlib. 1996-cı ildə Ter-Petrosyan daha 5 il müddətinə ölkənin Prezidenti seçilib, lakin 1998-ci ilin fevralında istefa verib.
    İstefa səbəbi Ermənistan hökumətində parçalanma olub. Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər naziri Serj Sarkisyan Prezident Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına qarşı çıxıblar.
    Levon Ter-Petrosyan münaqişə zonasının silahsızlaşdırılmasını və 1992-1993-cü il döyüşləri nəticəsində ələ keçirilmiş bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını təklif edirdi.
    Nikol Paşinyanın siyasətdə “xaç atası” hesab edilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son vaxtlar siyasi fəallığı ilə gözə çarpır.
    Ter-Petrosyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyanın istefa verib ölkəni tərk etməsini məsləhət görüb və erkən parlament seçkisinin Paşinyan hakimiyyəti tərəfindən təşkilinə qarşı çıxış edib.
    Eyni zamanda, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası iyunun 20-də keçiriləcəyi gözlənən növbədənkənar parlament seçkisində iştirak etmir.

    Nikol Paşinyan

    Nikol Paşinyan rəhbərlik etdiyi 2018-ci il məxməri inqilabı zamanı olduğu kimi, 2021-ci il iyunun 20-də ehtimal olunan erkən parlament seçkilərində də “xalq dəstəyinə” güvənir. Fevralın 25-də onun çağırışı ilə on minlərlə insan mitinqə toplaşmışdı
    Nikol Paşinyan 1975-ci ildə Ermənistan SSR-nin İcevan şəhərində doğulub.
    2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə o, rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunub.
    Paşinyan daha əvvəl jurnalistika ilə məşğul idi, bir neçə mətbu orqanda redaktor olub.
    Hər necə olsa da, hələ ki, bu gün Nikol Paşinyan ölkədə ən populyar siyasətçi kimi qiymətləndirilir, bəzi siyasi təhlilçilərin qənaətinə görə, onun rəhbərlik etdiyi “Mənim addımım” hərəkatı yüksək reytinqə sahibdir. O özü “xalqın dəstəyinə” malik olduğunu dəfələrlə vurğulayıb və fevralın 25-də Yerevanda keçirdiyi mitinq və yürüş bunun sübutu kimi də dəyərləndirilə bilər. O zaman onun çağırışı ilə meydana on minlərlə insan çıxmışdı.
    Lakin Paşinyanın bu 30 faizlik reytinqi (fevral sorğusunun nəticəsinə görə) get-gedə azalmaqdadır. Bu gün Ermənistanda əksər respublika televiziya kanalları Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətində təmsil olunan ya onlara yaxın qüvvələrə məxsusdur. Bu mediada şəxsən onun və onun başçılıq etdiyi hökumət əleyhinə şiddətli təbliğat aparılır. Rəqib siyasi qüvvələrdən başqa, Paşinyanın istefasını ölkənin din və tanınmış elm və mədəniyyət xadimləri də tələb edir.
    Paşinyanın seçki kampaniyası əsnasında əhali qarşısında çıxışları ilə elektoratını saxlamaq imkanları da məhduddur. Sosioloji sorğuya əsasən, respondentlərin yalnız 33 faizi seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib, 44 faizi iştirak etmək niyyətində deyil.
    Koronavirus pandemiyası seçkiyə qatılacaq bütün qüvvələr üçün seçkiqabağı təbliğat keçirmək problemini yaradır. Lakin Paşinyanın komandası üçün bu daha mürəkkəb olacaq, çünki Qarabağ müharibəsində məğlubiyyətdən sonra o, hətta hökumət binaları arasında onlarla polis əməkdaşlarının əhatəsində hərəkət etməyə məcburdur.
    Eyni zamanda, Paşinyanın öz stabil elektoratı var, hansı ki, təbliğat kampaniyası keçirilmədən də səslərini ona verəcək.
    “Lakin bu elektoratın 50 faizdən artıq olduğunu demək çətindir. Paşinyanın qələbəsi üçün 50+1 faiz səs təmin ediləcəyi də şübhəli görünür,” – politoloq Armen Badalyan Sputnik Armenia agentliyinə müsahibəsində deyib./BBC

    Oxunub: 339
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.