“Ən qanlı gün”-
Hərbçilər küçədə gördükləri hər kəsi güllələyib
Dünən Myanmada onlarla insan həlak olub. Buna görə də BMT 27 martı hərbi çevirilişdən sonra ən qanlı gün adandırıb.
BMT İnsan Hüquqları Komissarlığı ölkənin 40 yaşayış məntəqəsində ölü sayının onlarla olduğunu bildirib. İlkin məlumata görə, ölü sayı90-dan artıqdır. Say hər an arta bilir, çünki xəstəxanalarda çox sayda yaralı var.
Yerli mətbuat bu gün artıq artıq ölü sayının 114-ə çatdığını yazıb.
Dünən paytaxtda hərbi parad təyin olunub. Silahlı Qüvvələr küçədə silahsız insanları qadın, qoca, uşaq demədən güllələyib. “Silahlı Qüvvlər günündə onlar qorumağa and içdikləri adamları güllələyiblər”,-deyə ABŞ-ın bu ölkədəki səfiri Tomas Vaydu bildirib.
Ümumilikdə ölkədə hərbi çevrilişin olduğu 1 fevraldan etibarən 400 nəfər öldürülüb, 3 minə yaxın insan həbs olunub.