Məşhur kriminal avtoritetə qarşı növbəti basqın:
Aralarında azərbaycanlılar da var
Məlumata görə, İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupları tərəfindən aparılan araşdırma zamanı Türkiyədə olan qrupun biri rus, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i azərbaycanlı olan üzvlərinin şəxsiyyəti və qaldığı yer müəyyən edilib.
Azərbaycanlı cinayətkar qrup rəhbəri Lotu Quli və dəstəsinə qarşı silahlı hücum məqsədilə gələn qrup üzvlərinin Türkiyədə müxtəlif cinayət hadisələrinə qarışdığı da müəyyən edilib.
Qrup üzvlərinin yaşadığı ünvanlara edilən basqın zamanı 11 tapança, Kalaşnikov (AK 47) tipli avtomat və 222 ədət güllə götürülüb. Polisin araşdırması davam etdirilir.