Daş karxanasında dəhşətli ölüm:
Daş kəsən mişar-kombayn işçinin başını kəsdi
Bakıda daş karxanasında kombayn işçinin başını kəsib.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında daş kəsən mişarı idarə edən kombaynçı, 1964-cü il təvəllüdlü Balafər Əmirov ölüb.
Müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 684
Xəbəri paylaş
Paylaş: