Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əfqan tərcüməçiyə qarşı İranın xeyrinə casusluq ittihamı – Məhkəmə
  • “Bloomberg”: "Almaniya iqtisadiyyatı durğunluq dövrünü yaşayır"
  • Almaniyada müsəlmanlara qarşı cinayətlər artır
  • 1881-ci il alman alimlərinin xəritəsi: Ermənilər haradadır?
  • Alman ordusunda rezonans doğuran hesabat: Yalnız 13 faizi istirmara yararlıdır
  • BUNDESTAQDA ÇİRKİN ƏLAQƏLƏR... - Almaniya Azərbaycanla münasibətini erməni mafiyasının güdazına verdi /FOTO

    • Tarix: 30-03-2021, 16:47


    Alman mediasının Azərbaycana sinxron “hücum” seansı davam edir. Nüfuzlu “Frankfurter Allgemeine Zeitung” nəşrinin 28 mart tarixli buraxılışının 5-ci səhifəsində Almaniyada “Azərbaycan lobbiçiliyi”nə nə az, nə çox bütün bir səhifə həsr olunub. Növbəti dəfə tezis səsləndirilib ki, guya xüsusən Baden-Vürtemberq torpaqlarından olan alman deputat şəbəkəsi qara kürü, neft pulları, ya da bahalı hədiyyələr qarşılığında uzaq Azərbaycanın maraqları naminə çalışıb.
    Düzdür, lobbi fəaliyyəti ilə məşğul olduğu ehtimal edilən deputatlardan heç birinə qarşı iddialar alman istintaq orqanları tərəfindən belə sübut olunmayıb, heç məhkəmə qərarları da mövcud deyil. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin “Stuttgarter Zeitung” qəzetinə verdiyi müsahibəsində bildirib ki, onun üçün “təqsirsizlik prezumpsiyası” son dərəcə vacibdir, deyə “Caliber” yazır.

    Bu kontekstdə Almaniyada geniş rezonans almış alman siyasətçilərin erməni mafiyası ilə sıx əlaqələrinin hekayəsini xatırlamaq yerinə düşər. Belə ki, ötən ilin əvvəlində Almaniyanın kriminal xronikası Qafqaz respublikalarından gələnlərin cinayət əməlləri barədə məlumatlarla dolmuşdu. Alman polisi artıq uzun illərdir ki, Qafqaz “etnokriminal”ına qarşı mübarizə aparır.
    Bununla yanaşı Almaniyanın şərqində güclü mövqe tutan məhz erməni mafiyasıdır. 2019-cu ilin sonunda proses artıq siyasi xarakter almağa başladı - Almaniyanın dövlət telekanalları açıq şəkildə bildirdilər ki, erməni kriminalının caynaqları artıq Bundestaq deputatlarına çatıb.

    Ötən ilin yanvar ayında Almaniyanın ictimai televiziya kanalları Türingiya əyalətinin paytaxtı Erfurtda sənədləri saxtalaşdırmaqda şübhəli bilinən erməni mafiyası üzvlərinə qarşı reydlər barədə məlumat vermişdi. Bundan bir qədər əvvəl eyni şəhərdə 36 yaşlı erməni avtoxuliqanla bağlı bir hadisə regional cinayət xəbərlərində qeyd olunmuşdu.
    Polislər həmin şəxsi dayandıra bildikdən sonra məlum oldu ki, söhbət hüquq-mühafizə orqanlarının əməkdaşlarının köhnə tanışından gedir – saxlanılan şəxs Erfurtdakı erməni mafiyasının liderlərindən biridir. Onun kriminal keçmişi 2014-cü ilə - bütün Almaniyanı sarsıdan Erfurtdakı kazinolardan birinin qarşısında Ermənistandan olan 15 miqrantın iştirakı ilə atışmaya qatıldığına görə müttəhim skamyasında oturduğu vaxta gedib çıxır.
    Həmin qalmaqallı hadisədə boks üzrə erməni əsilli alman dünya çempionu Karo Murat da “üzə çıxdı”. Alman müstəntiqlər Muradın oyun klubunun qarşısında baş verən atışmada iştirak etməsindən şübhələndilər, lakin sonradan gözlənilmədən onun qardaşı Koko Murat oyun klubunu ziyarət etdiyini etiraf etdi.
    Ancaq ARD ictimai televiziyası istintaq orqanlarının operativ məlumatlarına istinadən məlumat verdi ki, Karo Muratın mobil telefonu və şəxsi avtomobili həmin gün atışma baş verən rayonda olub.

    Fotoda: boksçu Karo Murat (solda) və onun qardaşı Koko Murat (sağda). MDR

    Alman polisinin diqqətindən digər bir detal da yayınmayıb: həmin atışmanın iştirakçılarının çoxu bir neçə il ərzində digər məşhur alman boksçusu, erməni əsilli çempion Artur Abrahamın Berlindəki şirkətinin adına qeydiyyata alınmış mobil telefonlardan istifadə ediblər. Abraham idman sahəsi ilə yanaşı daşınmaz əmlak ticarəti ilə də məşğuldur.
    Abraham şübhəlilərlə əlaqələri barədə alman jurnalistlərinin çoxsaylı sorğularına cavab verməyib. Almaniyanın ictimai televiziya kanalı ARD-nin “Exakt - die Story: Paten in Deutschland” adlı sənədli filmində Abraham Almaniyadakı erməni mafiyasının əsas simalarından biri kimi təsvir edilir.

    Fotoda: Artur Abrahamın biznes imperiyası. 2014-cü ildə Erfurtdakı atışmanın iştirakçılarının telefonları onun kompaniyasında qeydiyyatdan keçirilib. MDR

    Narkotik ticarəti, saxta pullar, idman mərcləri ilə manipulyasiya, qumar oyunları, qanunsuz miqrasiyanın təşkili, nəzarətindəki əmlak şirkətləri vasitəsilə “qara kapital”ın leqallaşdırılması - bu Almaniyada kök salmış erməni cinayətkar qruplarının maraq dairələrinin sadəcə natamam siyahısıdır. Paralel olaraq, mafiya ənənələrinə uyğun onlar alman siyasətçiləri arasında sıx əlaqə qururlar.

    Bundestaqda çirkin əlaqələr

    Qəribə bir təsadüf nəticəsində Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbiçilərindən biri Türingiyadan olan millət vəkili Manfred Qrunddur (Xristian Demokrat İttifaqı). Üstəlik, Qrund birbaşa Ayxsfeld bölgəsindən seçilmiş parlamentaridir: 2014-cü ildə əks-səda doğuran atışma məhz burada baş verib.

    Davamı daha maraqlıdır: millət vəkili bir neçə il əvvəl Dağlıq Qarabağa qanunsuz səfər edib, bundan az sonra öz yanında işə Dağlıq Qarabağdan olan Andranik Aslanyan adlı bir erməni əməkdaşını götürüb. Aslanyan millət vəkilinin “elmi referenti” kimi qələmə verilməsinə baxmayaraq, eyni zamanda “ELASE” şirkətinin rieltoru və direktorudur ki, Almaniya İctimai Televiziyası buna da xüsusi diqqət ayırıb. Aslanyanın şirkəti Leypsiqdə daşınmaz əmlak əməliyyatları aparır (kriminal boksçu Karo Murat da burada evlərə sahibdir).
    Aslanyan tanınmamış “DQR” muzdlularına kömək məqsədilə pul toplamaq üçün Almaniyada 2016-cı ildə marafon təşkil edib. Bu vəsaitlər sonradan nə qədər “təmiz” şəkildə paylandığını “konserv generalı” Manvel Qriqoryanın nümunəsində və 2020-ci il müharibəsində Ermənistanın ağır məğlubiyyətə uğramasından da görə bildik.
    Fotoda: Manfred Qrundun əmlak ticarəti ilə məşğul olan “elmi referenti” Andranik Aslanyan.

    ARD kanalının sənədli filmində XDİ-dən başqa bir millət vəkili Albert Vaylerə xüsusi diqqət yetirilib. Eynən Manfred Qrund kimi, o da parlamentdə Türingiya seçki dairəsini təmsil edir. Vayler Alman-Erməni Forumuna rəhbərlik edir, Artur Abraham və erməni mafiyasının digər ehtimal olunan üzvləri ilə əlaqədədir.
    Alman KİV-ləri qeyd edir ki, Almaniya-Ermənistan Forumunun təsisçiləri arasında adları erməni mafiyası məsələsində çəkilənlər də var. Eyni zamanda, Vaylerin ofisində Alla Serobyan adlı işçi var: nə qədər “inanılmaz” olsa da o da Ermənistandandır.

    Fotoda: Bundestaqın Türingiyadan erməni mafiyası ilə əlaqələri olan iki deputatı Manfred Qrund və Albert Vayler.

    Beləliklə, XDİ-nin Türingiyadan - erməni mafiyasının Almaniyada yerləşdiyi əsas bölgədən olan iki deputatı heyətlərində erməni işçilərini (bəlkə kuratorları?) saxlayır, erməni kriminal aləminin nümayəndələri ilə əlaqə saxlayır, eyni zamanda Almaniya parlamentində Ermənistanın qatı lobbiçiləridir.
    Üstəlik, hər iki millət vəkili, mətbuatın və müstəntiqlərin birbaşa erməni mafiyası ilə əlaqələndirdiyi bir şəxs olan, Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Aşot Smbatyanla sıx əlaqədədirlər.

    “Alman Federal Kəşfiyyat Xidmətinin 2008-ci ildə hazırladığı məxfi rəyə əsasən, Ermənistan Respublikasının Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan 10 il əvvəl qaçqınların sərhəddən qanunsuz köçürülməsində iştirak etməkdə şübhəli bilinirdi. Sənəddə o həmçinin “qanuni oğru” da adlandırılır...
    2005-ci ildə prokurorluq Smbatyana qarşı “çirkli pulların yuyulması” şübhəsiylə istintaq aparıb”, - deyə Almaniyanın “Spiegel” qəzeti 2018-ci ilin noyabrında məlumat vermişdi.

    Fotoda: Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan. Ondan arxada deputat Manfred Qrundun əmlak ticarəti ilə məşğul olan “elmi referent”i Andranik Aslanyan.

    Mediada əks-səda doğuran yazılara baxmayaraq, hakim partiyadakı millət vəkilləri Qrund və Vayler erməni “oğru dünyası” ilə şübhəli əlaqələrindən ictimaiyyətə açıqlama vermədilər.
    Belə görünürdü ki, Alman mətbuatı Azərbaycana yaxşı münasibət bəsləyən millət vəkilləri məsələsində olduğu kimi, erməni mafiyası ilə oturub-duran deputatlar haqqında mütəmadi yazılar verməli idi. Lakin izahı olmayan nələrsə baş verir: sanki sehrli bir çubuqla bu iş mediada tez bir zamanda ört-basdır edilir.
    Məhkəmələr və jurnalistlər Ermənistanın mafioz səfiri Aşot Smbatyanın birdən-birə “təqsirsizlik prezumpsiyası”nı və hətta “işgüzar nüfuzu”nu xatırlayır. Yəni aparıcı Avropa demokratiyası öz jurnalistlərinə Smbatyan haqqında mafiya işi kontekstində araşdırma aparmağı və məqalələr dərc etməyi sadəcə qadağan edir.

    Bundan sonra Almaniya dövlətinin qərəzsizliyinə və Almaniya mediasının obyektivliyinə inanmaq olarmı? “Spiegel” və MDR tərəfindən 2018-ci ilin noyabr ayında birgə araşdırması dərc edildikdən sonra erməni mafiyası mövzusu Almaniyanın informasiya sahəsində mövcud idi, lakin bunun Manfred Qrund, Albert Vayler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı.
    Alman Kriminal Polisi (BKA) tərəfindən FATİL (“Fight against thieves in law”) adlı erməni cinayətkar qruplarına qarşı mübarizəyə yönəlmiş istintaq dövlətdən maliyyə çatışmazlığı üzündən... dayandırıldı. Necə deyərlər, şərhsiz: Siyasi iradə olsaydı Avropanın ən varlı ölkəsi belə bir araşdırma üçün pul tapa bilərdi.

    Süni tənəffüs aparatı tədarük etmək pisdir, amma erməni mafiyası üçün işləmək yaxşıdır?

    Ədalət naminə qeyd etmək lazımdır ki, özəl söhbətlərdə bəzi alman mütəxəssislər və politoloqlar Azərbaycan lobbiçiliyi ilə bağlı hazırkı kampaniyada rəsmi Bakının günahkar olmadığını və Qarabağ amilinin indiki vəziyyətdə rol oynamadığını təkrarlamaqdan usanmırlar. Problem sanki daxili Almaniya siyasi mətbəxindədir:
    Angela Merkel bu payızda siyasi səhnədən gedəcək və indi sosialistlər və “yaşıl”ların təmsil olunduğu sol spektr Xristian Demokrat İttifaqının (XDİ) 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və bu gün deyilənə görə, Azərbaycan yalnız daxili siyasi mübarizədə bir vasitədir, lakin kampaniyanın məqsədi deyil.

    Lakin burada sual yaranır, niyə siyasi mübarizədə erməni mafiyasına işləməkdə şübhəli bilinən XDİ-dan olan Almaniya deputatları ilə bağlı qalmaqal “vasitə” kimi istifadə edilmir?

    Necə də olsa bu mövzu Almaniyadan Azərbaycana süni tənəffüs aparatlarının tədarükünün guya “siyasi motivli” olması ilə bağlı bir məqalədən daha samballı bir hekayədir. Üstəlik “siyasi motiv” barədə iddialar həm təchizatçı şirkət, həm də Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən dərhal təkzib edilib. 

    Gəlin indi Alman mediasının məntiqini anlayın: Azərbaycana ventilyator göndərmək olmaz, ancaq ən çirkin, qanunsuz bizneslə məşğul olan erməni mafiyası ilə işləmək olar.

    Berlin bölgədən geri çəkilməyə imza atıb?

    Azərbaycana edilən informasiya hücumlarında və onu Bakını dəstəkləmək istəyən hər hansı bir Almaniya siyasətçisi üçün məqsədyönlü şəkildə “zəhərli bir ölkəyə” çevirmək kampaniyasında Almaniya hələ də əsas suala cavab verməyib: “Azərbaycan şəbəkəsi” ölkə üçün hansı təhlükəli və ya neqativ fəaliyyəti ilə yadda  qalıb?
    Məsələn, təqiblərə dözməyərək bu yaxınlarda ürək böhranından qəflətən vəfat edən Bundestaqın millət vəkili Karin Ştrençin “günah”ı nə idi? Alman mediası öz zəhərli yazılarında bu gün də onun məzarı üzərində oynamağa davam edir.
    Yeri gəlmişkən, Ştrenç açıq şəkildə “Avropanın siyasi əxlaqı”nı nəzərə almadan Ermənistanı işğalçı adlandıran və ondan birbaşa Azərbaycan ərazilərindən çıxmağı tələb etmək cəsarəti və xarizması olan nadir siyasətçilərdən biri idi. Görünür, bunun üçün onu hələ də bağışlamayıblar.

    Məgər məhz Almaniyanın özü Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış Avropanın ən böyük ölkələri arasında qondarma “DQR səfirlikləri”ni bağlayan ilk ölkə deyilmi?
    Berlin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar Xarici İşlər naziri Heiko Maas çox axmaq diplomatik addım atdı: Azərbaycan hücuma dərhal son qoymasa, Bakını Dağlıq Qarabağ münaqişəsində Ermənistanın lehinə “Almaniyanın bitərəfliyini yenidən nəzərdən keçirməklə” təhdid etdi.

    Gözlənildiyi kimi, İlham Əliyev Berlinin və digər dünya paytaxtlarının hay-küylərinə baxmayaraq, 10 noyabr 2020-ci ildə erməniləri təslim olmağa məcbur edənə qədər Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək uğrunda əməliyyatını dayandırmadı.

    Nəticədə, münaqişənin qorunub saxlanılmasına və erməni işğalına səssiz dəstək verən Avropa yeni Qafqaz reallıqlarından kənarda qaldı. Xarici siyasətdəki sərt ermənipərəst mövqeyi ilə seçilən Parisin belə bir aqibətdən kənar qalması çətin olsa da, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta yeni səviyyəyə qaldırmaq üçün hər şansı var idi.
    Ancaq görünən odur ki, Almaniya Azərbaycanın ona uzatdığı dostluq əlini havada qoymağa və bölgədəki fəaliyyətini mütləq minimuma endirməyə qərar verib.
    Bu o deməkdir ki, Almaniya fondlarının ölkəmizdəki, münaqişədən sonrakı tənzimlənmədə fəaliyyəti, eləcə də Almaniya şirkətlərinin işğal olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər digər Avropa ölkələri də daxil olmaqla daha çox dost münasibət bəsləyən ölkələrin xeyrinə gündəmdən çıxarılır.

    Oxunub: 431
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.