"Daha Çeçen terrorçuları yoxdur, siz gecikmisiniz!"-
"Fikirləşirdim, İsrail elə bir dövlətdir ki..."
Çeçenistanın başçısı Ramzan Kadırov İsrail Milli Təhlükəsizlik Şurasını (MTŞ) öz vətəndaşlarını mövcud olmayan çeçen terrorçularla qorxutmamağa çağırıb.
Özünün teleqram-kanalında Kadırovun yazdığı kimi, İsrail Təhlükəsizlik Şurası «ənənəsindən imtina etməyərək», növbəti dəfə Çeçen Respublikasını israillilər üçün yüksək təhlükənin mövcud olduğu bölgələrin siyahısına daxil edib. Çeçenistanda terrorçu qrupların mövcudluğu və fəallığı nəzərə alınaraq, İsrail vətəndaşlarına bölgəyə səfər etməmək tövsiyə olunur. TŞ qeyd edir ki, xəbərdarlıq tövsiyə xarakteri daşıyır.
Kadırov yazır ki, yəhudi dövləti uyğun xəbərdarlığı hər il dərc edir və elə təsəvvür yaranır ki, həmin siyahı artıq 20 ildir ki, yenilənmir.
«Mən, fikirləşirdim, İsrail elə bir dövlətdir ki, kiməsə şərt diqtə etməyə imkan verməz. Ona görə də mənim üçün təəccüblüdür - suveren dövlət kiminsə tələsinə düşür və real vəziyyətə heç diqqət yetirmir» - xəbərdə deyilir.
Onun sözlərinə görə, İsrail vətəndaşları real vəziyyətdən xəbərdardılar və fəal şəkildə Çeçenistana gəlirlər, bizneslə məşğul olurlar, dincəlirlər və səyahət edirlər.
«İsrail Təhlükəsizlik Şurasına məsləhət bilərdim ki, öz vətəndaşlarını mövcud olmayan çeçen terrorçuları ilə qorxutmasın. Bu kəlmələr terror təhlükəsinin özü kimi, Çeçen Respublikasında çoxdan aktual deyil. Döyüşçüləri biz məhv etmişik. Siz gecikmisiniz!» - Kadırov bəyan edib.