Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Hacıbala Abutalıbov Bakıdan köçüb - İlisu kəndində yaşayır
  • YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı
  • YAP martın 5-nə qurultay təyin edib - Bu şəxslər partiyadan uzaqlaşdırılır
  • Bu gün Türkiyənin hakim partiyası qurultay keçirəcək - Ərdoğan çıxış edəcək
  • YAP Ramiz Mehdiyev və Siyavuş Novruzov barədə QƏRAR VERDİ
  • “O söhbət mənimlə Heydər Əliyevin arasında qalacaq”- “Oğlanlarımın atası mənəm deyə, özlərinə iş qurmamalıdırlar?”

    • Tarix: 31-03-2021, 10:46

    "Belə bir qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir”




    “Həyat yoldaşım yanımda deyil, gəlinlərim yeməyimə qədər bişirib göndərirlər”

    Uzun müddət  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini  vəzifələrində çalışmış, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun adı sonuncu dəfə medinın gündəminə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu il martın 5-də keçirilmiş növbədənkənar qurultayı zamanı gəlmişdi.
    Çünki qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da vardı. Maraqlıdır ki, qurultayda Hacıbala Abutalıbovun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı...
    Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsini onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirənlər vardı. Bəzi iddialara görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov hakim partiyadan inciyib.
    Aylardı gözə dəyməyən, mediadan yan gəzən Hacıbala müəllim nəhayət bu və digər məsələlərlə bağlı suallara aydınlıq gətirib. Onun modern.az saytına geniş müsahibəsini təqdim edirik. 

    - Hacıbala müəllim, vəzifədən gedəndən bəri hər şeydən uzaqlaşmısınız. Gözdən uzaqlaşmaqla könüldən də uzaqlaşmaq istəyirdiniz, yoxsa mətbuatdan qaçışın başqa səbəbi vardı?

    - Uzaqlaşmışdım. Hətta telefonumu da söndürmüşdüm. Çünki istədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.

    - Bəs bu müddətdə özünüz özünüzlə hesablaşanda hansı qənaətə gəldiniz?

    - Özümə hesabat verdim. Özümdən razı qaldığım məqamlar da oldu, narazı qaldığım məqamlar da.

    - Bir müddət əvvəl Bakını tərk etdiyinizə, Qaxa köçdüyünüzə dair məlumat yayıldı. Olmaya elə özünüzlə hesablaşamanı paytaxtdan kənarda, Qaxda aparırdınız?

    - Yalandır! Bax, budur da, mən Bakıdayam!. İndi mən nə deyim?! Deyim ki, siz yaxud, başqası yalan yazmısınız? Jurnalist də pul qazanmalıdır. Ona görə nəsə demirəm. Amma mən Bakıda, öz evimdəyəm.

    - Qaraçuxurdakı evinizdə?

    - Bəli, nə vaxt gəlsəniz, mən Qaraçuxurdakı evimdəyəm.

    - Ümumiyyətlə, sizin Qaxla hansısa bağlılığınız var?

    - Əlbəttə var. Bacım, yoldaşı, ailəsi Qaxda yaşayır, orda evi var.

    - Hacıbala müəllim, 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə çoxdan arzuladığımız, amma eyni zamanda, məlum səbəblərdən bizə çox uzaq görünən Qarabağı erməni işğalından azad etdi. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Vəzifədən uzaqlaşandan sonra keçmiş məmur, bir təqaüdçü kimi ölkədə gedən prosesləri izləməmiş deyilsiniz. Bu barədə fikirləriniz maraqlıdır.

    - Qarabağın alınması Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Heç zaman bu tarixi silmək, qaralamaq, ləkə vurmaq mümkün olmayacaq. Bu, Azərbaycan tarixində ən uğurlu qələbədir. Qarabağ tarixini yenidən yazan Azərbaycan Respublikasının Prezidentidir. Çox şükürlər olsun ki, biz bu qələbəni heç bir dövlətdən hərbi dəstək almadan, Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücü, şücaətilə qazandıq. Bu böyük tarixdir. Sözsüz ki, bu tarixi qələbədən sonra, Qarabağda minatamizləmə, daha sonra abadlaşma işləri aparılacaq.

    - Yeri gəlmişkən, artıq bir neçə dəfə rəsmilər və qeyri-rəsmilər işğaldan azad edilmiş torpaqlara səfər ediblər. Arzunuz varmı deyə soruşmuram, çünki yersiz olar. Sadəcə maraqlıdır, sizin də yaxınlarda belə bir səfəriniz gözlənilirmi Qarabağa?

    - Qarabağ ermənilərdən təmizlənib, amma onların əməlləri torpaqlarımızdadır. Heç kimin icazə olmadan Qarabağa səfərinə yol verilmir və düz də edirlər. Çünki minalanmış ərazilərə səfər edən zaman təşkilatçılar hara gedib-getməməyi bilir, digərləri isə yox. Əlbəttə, nə vaxtsa icazə veriləcək, mən də Qarabağa gedəcəm.
    Həmişə çıxışlarımda da arzu etmişdim ki, gün olsun bayramlarımızı, atəşfəşanlığımızı Şuşada keçirək, bayram tonqallarımızı Qarabağda yandıraq, Azərbaycan bayrağını orada qaldıraq. Prezident İlham Əliyev Şuşada, eləcə də digər işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldıraraq, hamımızın arzusunu reallaşdırdı. Ona görə də belə bir təşəbbüs olacaqsa, mən böyük həvəslə Azərbaycanın dilbər guşəsi olan Qarabağa gedəcəyəm.

    - Hacıbala müəllim, martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi. Siz də bir çox məşhurlar kimi İdarə Heyətindən çıxarılanlar sırasındaydınız. Eyni zamanda, yeni yaradılan Veteranlar Şurasına da salınmadınız, əvəzində üzv olduğunuz Siyasi Şura da ləğv edildi...

    - Bilirsiniz, hər anın öz hökmü var. Lazım olan müddətdə yenilənmə getməlidir, yenilər, cavanlar, xarici dilləri bilənlər, dünyagörüşlülər gəlməlidir. Sözsüz ki, bu dəfə belə bir addımın vaxtı çatmışdı. Əlbəttə, yaşlı nəsil çəkilməlidir qırağa, cavanlar idarəetməyə gəlməlidir. Yalnız bu, inkişafa təkan verə bilər.
    Dəyişiklik olmalı idi və oldu da. Bunu yalnız və yalnız alqışlayıram. Narazı olmağa əsas da yoxdur. Çünki mən Yeni Azərbaycan Partiyasının üzvü kimi partiyanın dayaqlarını dəstəkləyəcəyəm.

    - Siz Azərbaycanda sıradan məmur olmamısınız. Hər sözünüz, hər addımınız rezonans doğurub. Siz həm də hakim partiyaya, onun yaradıcısı mərhum Heydər Əliyevə, dövlətçiliyə bağlılığınız, sədaqətinizlə diqqət çəkmisiniz. 
    Baxın, Vətən müharibəsindən əvvəl ölkə rəhbəri yüksək post sahiblərini ələkdən keçirdi, məlum oldu ki, onların bəziləri oturduqları budağı kəsməklə, dövlət siyasətinə qarşı çıxmaqla məşğul imişlər. 
    Bu səbəbdəndir ki, hazırda bir neçə nazir, icra başçısı və s. yüksək ranqlı məmurlar dəmir barmaqlıqlar arasındadırlar. Bu məsələyə münasibətiniz maraqlıdır.

    - Mənim ürəyimdə Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin əsasını qoyan böyük insan, şəxsiyyət Heydər Əliyev sevgisi var. Əgər doğurdan da mənim ürəyimdə Heydər Əliyev sevgisi varsa, deməli Heydər Əliyevə sədaqətim var. Əgər Heydər Əliyevə səadqətim varsa, onun yaratdığı dövlətə sevgim var və buna heç vaxt xəyanət edə bilmərəm. Çünki bu sevgi əbədidir.
    Dövlətimizin əsasını qoyan şəxsə həmişə baş əymişəm, əyirəm, həmişə də baş əyəcəyəm. Elə indi Heydər Əliyevin məzarını ziyarətdən gəlirəm. Onun ruhu qarşısında baş əyib gəldim, onunla söbət etdim, dərdləşdim.
    O söhbət də mənimlə Heydər Əliyevimizin arasında qalacaq. Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə sevgim var. Bu sevgini də mənim əlimdən heç kim ala bilməz.
    Bunu bilin ki, vəziyyətin hansı tərəfə dönməsindən asılı olmayaraq, kimsə dönük çıxırsa, deməli onun ürəyində sevgi olmayıb. Yalnız vəzifəsinə görə sədaqət “nümayiş” etdirib. Belələrinə də təəssüf edirəm.

    - Hacıbala müəllim, təqaüdə çıxandan sonra hazırda vəzifədə olan məmurlarla əlaqələriniz qalıbmı, ünsiyyət saxlayırsınızmı?

    - Heç bir ünsiyyətim yoxdur. İstəyim odur ki, təyin olunan şəxslər sərbəst surətdə işləsinlər. Bakının, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi və firəvanlığı üçün çalışsınlar. Əgər mən hər hansı bir məmura zəng eləsəm, yaxud hansısa xahiş etsəm, yaxud da kefini soruşsam, onun qızıldan qiymətli zamanını itirmiş olaram. Mən bunu istəmirəm.

    - Bəs xələfiniz Eldar Əzizovun fəaliyyətini necə qiymətləndirirsiz. Sizdən sonra Bakıda nələr dəyişib?

    - Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim. Çünki bu qiyməti verən var, o da möhtərəm Prezidentimizdir. Möhtərəm Prezidentin təyin etdiyi hər bir şəxsə hörmətim ona görə var ki, o təyinatda Prezidentimizin imzası var.

    - Bir az da təqaüdçü Abutalıbovdan danışaq. Artıq bir ildən çoxdur ki, dünya COVID-19-la əlləşir. Siz necə qorunursunuz koronavirusdan, pandemiya şəraitində günlərinizi necə keçirirsiniz?

    - Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qanun-qaydada nə yazılıbsa, onlara riayət edirəm, qorunuram. Çalışıram evdə olum, bayıra çıxmayım. Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.

    Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi. Leninqradda aspiranturanı oxuyanda, elmlər namizədi olanda, doktor olanda, evim olmayanda yoldaşımla, uşaqlarımla onun evində qalırdım. Evin alınmasında da qardaşım mənə kömək edib. Məni ayağa qaldıran o olub, çətin günlərimdə axıra kimi də cibimə pul qoyub.

    Osman 1973-cü ildən “Qlavbakstroy”da ( Bakı Baş Tikinti İdarəsi) işləyirdi. “Qlavbakstroy”da “Elektromontaj” idarəsinin rəisi idi. Qazanırdı və o qazancla da çalışırdı ki, mən əziyyət çəkməyim. O qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir (kövrəlir). Odur ki, hər iki sevdiyimi hər gün ziyarət edirəm.

    - Allah səbrinizi bol eləsin. Maraqlıdır, təqaüdçü Hacıbala Abutalıbov kabinetli, vəzifəli Hacıbala Abutalıbov üçün darıxırmı? Kaş o günlər olaydı, dediyiniz olubmu heç? Amma tam səmimi...

    - Mən uzun illər vəzifədə olmuşam. Yeganə şəxsəm ki, Heydər Əliyev başda Prezident Aparatı, Nazirlər Kabineti olmaqla, bütün icra strukturlarına, komitə sədrlərinə tapşırıq verib ki, mənim müsbət iş təcrübəm yayılsın. İkincisi, Heydər Əliyev Gəncədə çıxışı zamanı bildirib ki, Hacıbala Abutalıbova heç kim kömək etmir, amma görün nələr edir: “15 günlük onu gətirin Gəncəyə”. Üçünücüsü, Rusiya Federasiyasının Dumasının ovaxtkı sədri Gennadi Seleznyov böyük nümayəndə heyətilə Bakıda idi. Həmin vaxt Heydər Əliyev Suraxanı rayonuna Tofiq Bayramın büstünün və parkın açlışına gəlmişdi. Tofiq Bayramın gözəl bir şeri var:

    Demərəm, ey Vətən, bağışla məni,
    Torpağın altı da mənə Vətəndir.

    Prezidentimiz o tədbirdə möhtəşəm çıxış elədi. O çıxışla Prezident seçkisinə start verildi. Həmin günün axşamı Rusiya Dumasından gələn nümayəndə heyətini qəbul etdi. Aparıcı dedi ki, möhtərəm Prezident Heydər Əliyev Suraxanıdan çox yüksək əhval-ruhiyyə ilə gəlib bu tədbirə. Bu söz elə-belə söz deyildi.
    Əgər o an Heydər Əliyevə kiçicik bir təbəssüm, əhval-ruhiyyə vermişəmsə, bu mənim üçün böyük şərəfdir.
    Görüşün davamıda Seleznyov ona sual verdi ki, “axı mən Bakıda sizin portretinizə rast gəlmədim?” Buna cavab olaraq, Heydər Əliyev bildirdi: “SSRİ ərazisində Brejnevdən sonra mənim portretim yayılırdı. Mən buna adi iş kimi baxıram. Amma mənim böyük bir portretimi Bakının bir rayonunda vurmuşdular.
    Mən Bakının meri Rəfael Allahverdiyevə tapşırıq verdim ki, icra başçısına desin o portreti çıxartdırsın. O icra başçısı bilirsiniz nə dedi? İcra başçısı dedi ki, “portretə əl vuranın başını kəsərəm, məni işdən çıxartsınlar, sonra o portreti çıxara bilərlər”.

    Bundan sonra icra başçısına daha bir xəbərdarlıq göndərdim. Mən gecə ilə ona zəng elədim. O fizika sahəsində böyük alim-fizikdir, çox da qeyrətli başçıdır. O mənim partiyamın yaradıcılarından biridir. Ona zəng elədim, başa sala bilmədim ki, bu, düzgün deyil. Axırda dedim ki, icazə verirəm bir şərtlə, mən vəzifədə olmayanda vurarsan portretimi. O isə mənə dedi ki, mən çıxartmıram, kim istəyir gəlsin çıxartsın”. Sonradan çıxartdılar.

    Bunları Heydər Əliyev danışırdı. Çıxışı zamanı adımı çəkmədi. Həmin icra başçısı mən idim. Heydər Əliyevin belə qiymətini kim ala bilər? Heydər Əliyevin sevgisini bu cür qazanan ikinci adam ola bilməz.
    Bu mənim üçün böyük dəyərdir. Ona görə də mən Heydər Əliyevi nəinki sevmişəm, indi də sevirəm, bundan sonra da sevəcəyəm. Hər gün də Heydər Əliyevin məzarına gedəndə, onun ruhu qarşısında baş əyəndə deyirəm: Heydər Əliyev, yaşa, yaşa, siz bizə lazımsız! Mən həmişə deyirəm:

    Bu dünya qəmli, kədərli dünya,
    Bu dünya sevincdən süzülən kədər.
    Kimi Heydər kimi yaşayıb gedər,
    Kimi mənim kimi çəkər bu dərdi.

    - Hacıbala müəllim, dediklərinizdən belə anlaşılır ki, bir siyasətçi kimi əməyinizin, əziyyətinizin qarşılığını almısınız. Bəs bir ata kimi necə, övladlarınıza istədiyiniz həyatı verə bilmisinizmi, onlar sizin gözləntilərinizi doğruldublarmı?

    - Mənim həyat yoldaşım həkimdir. Düzdür indi səhhətilə əlaqədar işləmir, Almaniyada müalicə alır, oğlu aparıb. İki oğlum var. Çalışmışam ki, onlar azad böyüsünlər və mənim işlərimə qarışmasınlar. Uşaqlarımın ikisi də evlidir, 11 nəvəm var. Nəvələrimlə fəxr edirəm, çünki onlar məni sevir. Və əminəm ki, onlar məni daha çox sevir, nəninki mən onları.
    Onların hərəsinin öz həyatı var. Onlardan biri hüquq elmləri namizədidir, Ukraynada müdafiə edib. Yəni fizik deyil, deyələr ki, Hacıbala Abutalıbov yazıb verib. İndi Türkiyədə yaşayır, oranın vətəndaşıdır, işləyir, öz ailəsini dolandırır. O biri nəvəm iqtisadçıdır, mənim yanımda Bakıdadır. Kim olur-olsun öz həyatına özü qərar verməlidir. Ata-ana buna qarışmamalıdır.

    - Yeri gəlmişkən, oğlunuzun Türkiyədə böyük biznesə malik olması hər zaman mətbuatda geniş müzakirə olunub.

    - Bir şeydə çox təəssüf edirəm. Təəssüf edirəm ki, bizim bu torpaq bütün müsbətlərlə bərabər, həm də dərdlilər torpağıdır. Vaxtilə dövlətimiz olmayıb, bir-birimizə qarşı olmuşuq, bir-birimizi qırmışıq və s. Və həmişə də istəmişik ki, kiminsə ayağını çəkək. Bu bizim mentalitetimizdir və bundan da ləzzət almışıq.
    Halbuki, o ayağın çəkənə heç nə düşmür. Kiminsə uğuru olursa, mütləq ona paxıllıq etməliyik. Mənə deyirdilər ki, sən Bakının merisən deyə, vəzifənə görə Heydər Əliyevin məzarını ziyarətə gedirsən. Bunu da siz jurnalistlər yazırdız. İndi ki, mən vəzifədə deyiləm, amma indi də gedirəm. Bunu mənim əlimdən jurnalistlər yox ey, bütün dünya əhli gəlsə də ala bilməz, bilin!

    İkincisi, mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir. Heydər Əliyev mənə çörək verib, su verib, uşaqlarımın toyunu təşkil edib. Toyda səhhətilə əlaqədar özü iştirak edə bilməsə də, ailə üzvlərini göndərdi.

    Mən birinci dəfədir jurnalistlə bu cür, ümumiyyətlə mətbuata bu barədə danışıram. Düzdür, həmişə mətubata açıq olmuşam. Amma sizə danışdıqlarımı heç vaxt danışmamışam. Ürəyim çox doludur, yanğı ilə danışıram. Mən bir ata kimi çox xoşbəxtəm.
    Xoşbəxtəm ki, övladlarım məndən nəsə tələb etmir, onlar öz ayaqları üstündə dayanmağı bacarırlar, ailələrinin yanındadırlar. Gəlinlərimdən də razıyam. Yeməyimə qədər bişirib göndərirlər. Ona görə göndərirlər ki, həyat yoldaşım yanımda deyil. Uzun illərdir xəstədir, hazırda Almaniyada müalicə alır.

    - Allah şəfa versin. Əgər açıqlamanız uyğundursa, xanımınızın xəstəliyi nədir?

    - Pis xəstəlik, xərçəng (kövrəlir). Bir dəfə ağırlaşanda onu geri qazana bildik. İndi yenə ağırlaşıb. Allah bilən məsləhətdir, hər şey onun əlindədir. Allahın məsləhəti nə olacaqsa, o da olacaq. Buna nə mən kömək edə bilərəm, nə də uşaqları. Amma əlimizdə nə varsa, çalışırıq ki, yardımçı olaq. Amma Allahın yazısı var da alnımızda, ondan qaçmaq, onun yazısına qarışmaq mümkün deyil.

    - Hacıbala müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm. Düzü zəng edəndə cavab verəcəyinizi, hələ belə səmimi söhbət edəcəyinizi düşünmürdüm.

    - Qurbandı, nə vaxt istəsəniz mən danışmağa hazıram. Mən açıq adamam. Suraxanıda işləyəndə də, Bakı Şəhər İcra Hakimiyyətində işləyəndə də qapım həmişə hamının üzünə açıq idi. İndi də təqaüdçü Hacıbala Abutalıbov kimi evimin qapısı sənin üzünə açıqdır, nə vaxt istəsən buyur.

    Bakı Şəhər İcra Hakimiyyətində olanda bir də görürdün bir dəfəyə 1000 nəfər gəldi, zala yerləşmirdilər, həyətdə qəbul edirdim. Bir dəfə yataqxanada yaşayan bir qrup qadın gəlmişdi. Getdim yataqxanaya, gördüm ki, orada insan yaşaya bilməz. Amma onlar min bir zillətlə yaşayırdılar. Həyat budur.
    Dünən mənim evim yox idi, amma bu gün var. Əlimdən gələni etdim ki, onların binası sökülsün, bir iş adamı bina tikib onları orda yerləşdirsin. Elə də oldu. Belə işlərimiz olub.
    Amma olub da ki, problem olanda onu həll etmək mənim gücümdə olmayıb. Çünki həll yolları həmişə hamar olmayıb, maneələr yaradanlar olub, yüksəkliklər olub, kömək edən olub. Təəssüf edirəm, kaş o nahamarlıqlar olmayaydı. Amma gücüm çatanı etməyə çalışmışam. Amma nə qədər etmişəm, bunu yalnız Heydər Əliyevin yanına gedəndə biləcəyəm...

    Oxunub: 417
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.