Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Rəsmi Bakı Yerevanın Vardenis-Ağdərə yolundan istifadə xahişini qəbul etməyəcək"- Fərid Şəfiyev
  • “Sülhməramlıların nəzarətində olan ərazidə ermənilər Azərbaycan mövqelərinə hücum edir”- Fərid Şəfiyev
  • "Fransa parlament üzvlərinin əksəriyyəti erməni lobbi dairələri ilə bağlıdır"- Hikmət Hacıyev
  • Azərbaycanda rusdilli məktəblərin bağlanması...- Təkliflərə rəsmi münasibət
  • “Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir”- Hikmət Hacıyev
  • Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit verib - Fərid Şəfiyev

    • Tarix: 31-03-2021, 12:23

    Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib – Fərid Şəfiyev

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev regionda müharibədən sonrakı vəziyyəti şərh edib.
    Fərid Şəfiyev  son aylar xüsusilə Qərb siyasi dairələri və mediasında Azərbaycana qarşı təzyiq kampaniyalarının artırılması ilə xarakterizə olunduğunu deyib:
    “Bu, bizim üçün yeni deyil, mənbələri və səbəbləri bizə yaxşı məlumdur. Bu məsələ üzərində çox dayanmadan yalnız qeyd etmək istəyirəm ki, islamafobiya, türkofobiya kimi faktorlar – yəni problemə Oriyentalist yanaşma, erməni lobbisi faktoru və digər məsələlər həmişə Qərb, o cümlədən rus yanaşmasında öz əksini tapıb. 
    İndi, 1915-ci il hadisələri ilə əlaqədar aprel ayında yeni anti-Azərbaycan və anti-türk kampaniyalarının başlamasını gözləyək. Erməni işğalına, hərbi cinayətlərə, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına göz yuman ölkələr tarixi hadisələri bugünkü geosiyasi tələblərə uyğun şərh edəcəklər.

    Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan rəhbərliyi bütün kəskin məsələlərin həlli ilə bağlı əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. Bununla yanaşı Prezidentin də qeyd etdiyi kimi 30 illik dağıdıcı işğaldan əziyyət çəkən ölkə olaraq biz bütün cəbhələrdə – beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatlarda, mediada və digər cəbhələrdə hücum diplomatiyasını davam etdirməliyik. 

    Beynəlxalq mediada Azərbaycanın 10 noyabr bəyannaməsinin bəndlərini yerinə yetirməsi ilə bağlı səyləri, xüsusilə Kəlbəcərin boşaldılması üçün verilən vaxtın 10 gün müddətində uzadılması, Meğri-Qafan-Gorus yolunun Azərbaycan seqmentinin açılması, 1400-ə yaxın hərbçi meyitinin təhvil verilməsi və sair kimi xoşməramlı jestləri çox az işıqlandırılır. Onu da qeyd edim ki,  adekvat addımları Ermənistan tərəfindən görmürük.

    Şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri mənə deyirlər ki, Azərbaycan qalıb tərəf kimi “səxavətli” olmalıdır. Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar. 
    Öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var. Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır.

    1980-ci illərin sonlarında erməni milliyyətçiləri Ermənistanda  azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçirdilər və bundan sonrakı fəaliyyətlərini Azərbaycan ərazisində icra etməyə başladılar. Hərbi əməliyyatlardan sonrakı inkişaf və bərpa barədə danışarkən məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belə ki, Qarabağda erməni məsələsi, erməni irsi və sair ilə yanaşı analoji məsələlər Ermənistanda azərbaycanlılarla bağlı da mövcuddur”.

    BMTM-nin sədri müharibədən sonrakı vəziyyətə dair gündəlikdə duran bir sıra məsələlərin olduğununu da qeyd edib və bunları təsnifatlara bölüb:

    “Bunlarla bağlı Azərbaycana güclü təzyiq göstərilir. Bizim buna cavabımız konkret tələblər göstərilməklə adekvat olmalıdır.

    Hərbi cinayətlər

    Bir sıra beynəlxalq QHT İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar. Onların içərisində obyektiv olanları qədər Human Rights Watch-un bu yaxınlarda hazırladığı nəşri kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır.

    Saxlanılmış erməni hərbçilər

    Bu barədə çox yazılır və Qərb ölkələri tərəfindən Azərbaycana güclü təzyiqlər edilir. Qısa şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib. 
    Bu bəndin ikili izahı yoxdur – Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. 
    Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir. Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir? Açığı bu ikiüzlü “qanun yazarı” məni o qədər də narahat etmir.

    Minalı ərazilər    

    Bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapmasa da mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına mane törədir. Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. 
    Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır.

    Mədəni irs

    YUNESKO və bir sıra QHT Azərbaycan ərazisində erməni irsi məsələsini qabardır. Buna cavab olaraq keçmiş işğal olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış məscid və Azərbaycana məxsus digər mədəni abidələrlə bağlı faktlar mövcuddur. Həmçinin Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıq, məscid və digər mədəni irsə dair məsələlər aktualdır. 

    Ona görə də hesab edirəm ki, YUNESKO missiyası həm Ermənistana, həm də Azərbaycan səfər etməlidir. Bu çox prinsipial məsələdir. Biz bu problemin qabardılmasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki irsin dağıdılması ilə məhdudlaşdırılmasına imkan verməməliyik. 

    YUNESKO bu cür kompleks yanaşmanı qəbul etməzsə, onun missiyasının Azərbaycana səfəri də məqsədəuyğun  deyil. Qərb demokratiyası, o cümlədən ABŞ YUNESKO-nun məhz mədəni irslə bağlı təktərəfli yanaşmasına görə bu təşkilatdan çıxıb.

    İtkin düşmüş şəxslərin axtarışı

    Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyannaməsinin 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir.

    Kommunikasiyanın açılması

    Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli komissiyası hesabına bu məsələdə müəyyən irəliləyiş var. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində 10 noyabr bəyannaməsinə Azərbaycanın əsas hissəsi ilə uzun illər Ermənistan tərəfdən blokadada qalmış Naxçıvanı birləşdirən yolun açılması müddəası daxil edilib. 
    Bununla yanaşı bəyannamədə regionda bütün nəqliyyat şəbəkələrinin açılması qeyd olunur və Azərbaycan qanunvericiliyinə əməl etmək şərti ilə bizim üçün Azərbaycanın bütün ərazisində sərbəst hərəkətin təmin olunması vacibdir.
    Ümumiyyətlə, iqtisadi əməkdaşlıq gələcəkdə regionda sülhün möhkəmlənməsi üçün platforma rolunu oynaya bilər.

    Barışıq

    Bu çox çətin və həssas məsələdir. Tez-tez xaricdən olan həmkarlarım bu istiqamətdə mövcud perspektivlər barədə mənə suallarla müraciət edirlər.
    Bir sıra qüvvələr bu barışıqda maraqlı deyillər və təəssüf ki, bunu istəməyənlər həm Qərbdə, həm də Rusiyada var. Çox vaxt amerikalı, avropalı və rusiyalı siyasətçilər sırf şəxsi maliyyə və seçki maraqları naminə nifrət təbliğatını aparmağa davam edirlər. Bu, problemin bir hissəsidir.

    Problemin digər tərəfi ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti daxilində çoxsaylı emosional faktorlar mövcuddur. Hər iki cəmiyyətdə müəyyən aktorlar ortaya çıxmalıdır və bu işlər sinxron şəkildə həyata keçirilməlidir. Birtərəfli şəkildə barışıq istiqamətində edilən səylər işləməyəcək.

    Lakin hansısa formada başlamaq lazımdır və xarici QHT, fondların və s. təcrübəsi bu baxımdan yararlı ol bilər. Bir şərtlə ki, onların işlərinin arxasında hansısa qapalı niyyətlər gizlənməsin. Buna misal olaraq, əvvəllər bəziləri Azərbaycanda ərazi itkisi, yanı faktiki olaraq işğalla barışmaq təbliğatını aparmağa cəhd edirdilər. Bu kimi niyyətlər işləmədi və heç zaman da işləməyəcək.

    Əgər Azərbaycanda ermənilərin hüquqlarından danışılırsa, o zaman azərbaycanlıların Ermənistana qaytarılması və onların hüquqları məsələsi ortaya çıxır. Çoxmillətlilik  demokratiyanın vacib göstəricilərindən biridir. Bu barədə Yerevanda özlərinə məxsus şəkildə danışmağı sevirlər və çox qəribədir ki, onların müxtəlif fondlardakı himayədarları bu vacib element barədə, daha dəqiq desək, erməni tarixində və müasir dövlətçiliyində bu amilin qeyd olunmamasını heç zaman gündəmə gətirmirlər.  

    Ən əsası Cənubi Qafqazın gələcəyinə baxış ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Mən bu barədə avropalı həmkarlarıma da deyirəm. Məhz bu təcrübədən Avropada müharibə sonrası bərpa prosesində istifadə olunub.

    ***

    Bu gün, 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımının ildönümüdür. Barışığa dair bənddən sonra bu barədə danışmaq yersiz görünə bilər. Lakin bir çox Qərb siyasətçiləri və ekspertləri 1915-ci il məsələsini qaldırırlarsa, tarixi yaddaş məsələsi birtərəfli olmamalıdır, yoxsa bu sahədə də erməni monopoliyası hökm sürür? 
    Mən artıq Türkiyənin bu məsələ ilə əlaqədar tarixi komissiyanın yaradılması ilə bağlı çoxsaylı təşəbbüslərini bir kənara qoyuram. Faktiki olaraq Türkiyənin boynuna araşdırılmamış “araşdırma”nın nəticələrini qoymaq istəyirlər.

    Davamlı sülh anti-müsəlman, anti-türk və anti-Azərbaycan isteriyası olmadan mümkündür. Bununla yanaşı, Qərb mediasında anti-Azərbaycan kampaniyasına anti-Qərb kampaniyası ilə cavab verməməliyik. Hər şey kifayət qədər qəlizdir. Qərb ölkələri arasında bizim müstəqilliyimizin möhkəmlənməsini istəyən ölkələr hər zaman olub və indi də var. 
    Lakin bizim zəifləməyimizi arzulayanlar da mövcuddur. Onlar Şərqdə də var.
    Təcrübə göstərir ki, Ermənistanın güc tətbiq etməsinə və işğala Azərbaycanın diplomatik səyləri kifayət etmədi. Hər şeyi yenə güc yolu ilə həll olundu. Ona görə də xaricdən istənilən təzyiqə adekvat cavab verilməlidir. Hazırda siyasətimizdə məhz bu xətti müşahidə edirik.
    Regionda sülh Cənubi Qafqazda bütün tərəflər gələcəyin əməkdaşlıqdan asılı olduğuna əmin olduqdan sonra bərpa olacaq”./modern.az

    Oxunub: 378
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.