Ermənistanda koronavirus: son sutkada daha 1 148 nəfər yoluxub, 18 nəfər ölüb

Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb. Bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 192 639-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 515-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 892 nəfərdir. İndiyədək 173 064 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 15 168 aktiv koronavirus xəstəsi var.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: