İlin ilk rübündə Ceyhan limanından 51 milyon barel BTC nefti yola salınıb
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti bu ilin ilk rübü ərzində Ceyhan terminalından 50,925 milyon barel xam neft nəql edib.
Report şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 70 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 mlrd 622 mln barel xam neft 4 729 tankerə yüklənib.
Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: