Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov həbs olundu -
DƏLƏDUZLUQ EDİB
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Daşıdıqları vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.