Boks üzrə növbəti dünya çempionatının keçiriləcəyi yer açıqlandı
Kişilər arasında boks üzrə 2023-cü il dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.
Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci il dünya çempionatı 10 - 24 apreldə Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.
Oxunub: 519
Xəbəri paylaş
Paylaş: