“Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq”- Rusiya Baş nazirinin müavini
“Aprel-may aylarında koronavirus mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: “Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir”.
Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: “Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir”.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: