İran XİN-in başçısı Mərkəzi Asiya respublikalarına səfər edəcək
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 5-8 tarixində Mərkəzi Asiya respublikalarına səfər edəcək.
Report “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 3-də keçirdiyi mətbuat konfransında bildirib.
“Ortaq mədəniyyət, tarix və mədəniyyət bağlarına sahib olduğumuz Orta Asiya bölgəsi ilə əlaqələrin inkişaf etdirilməsi hər zaman İranın üstünlük verdiyi əsas məsələlərdən olub”, - sözçü deyib.
Onun sözlərinə görə, M.Zərif aprelin 5-8 tarixləri arasında Özbəksitan, Qırğız Respublikası, Qazaxıstan və Türkmənistana səfər edəcək.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: