Dubay polisi “Kabus”u saxlayıb -
narkobaron 10 il qaçqınlıqdan sonra ələ keçib
«Kabus» ləqəbli fransalı narkobaron Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquq-mühafizə orqanları tərəfindən 10 il qaçqınlıqdan sonra ələ keçirilib. Bu barədə aprelin 2-də «Əl-Ərəbiyə» telekanalı xəbər verib.
Dubay polisi bütün Avropada narkotiklərin qeyri-qanuni dövriyyəsində və qaçaqmalçılıq əməliyyatları üzrə şübhəli sayılan Mufid Kuşibi həbs edib. Onun illik narkotik dövriyyəsi küçə qiymətləri ilə hesablamaqla, 82,6 milyon dollar qiymətləndirilir. «Kabus» İnterpol tərəfindən beynəlxalq axtarışa verilibmiş. Otuz doqquz yaşlı Buşibi uydurma adlar altında səyahət edirmiş. O, saxta sənədlərdən istifadə edib, ancaq Dubay polisi onu indentifikasya edib və BƏƏ ərazisində həbs edə bilib.
Dubay polsinin rəisi general-leytenant Abdulla Xəlifə əl-Marri bildirib ki, Buşibinin həbsi BƏƏ polisi ilə beynəlxalq hüquq-mühafizə oranları arasında məhsuldar əməkdaşlığın nailiyyətidir.
BƏƏ cinayət araşdırmaları Baş idarəsinin direktoru, briqada generalı Camal Salem əl-Calafın sözlərinə görə, Buşibi 10 ildən artıq bir müddət ərzində müxtəlif ölkələrin polisindən gizlənə bilib və Avropaya hər il ərzində 60 ton narkotik keçirə bilib. «2015-ci ildə Frankfurd Bordosu məhkəməsi qiyabi olaraq Buşibini 20 il azadlıqdan məhrum edib» - əl-Calaf xatırladıb.
Mirzə AĞ