Myanmada toqquşmalarda öldürülənlərin sayı 564 nəfərə çatdı
Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 564 nəfərə çatıb. TASS xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının saytındakı xəbərdə deyilir.
"Aprelin 4-ə olan məlumata əsasən çevriliş nəticəsində 564 insan öldürülüb", - məlumatda deyilir. Assosiasiyanın məlumatına görə, hazırda 2 667 nəfər həbsdə saxlanılır, 38 insan həbs cəzasına məhkum edilib.
Cümə günü "The Irrawaddy" qəzeti “Save the Children” beynəlxalq xeyriyyəçilik fonduna istinadən bildirib ki, Myanmada həddi-buluğa çatmamış 43 nəfər polisin hərəkətləri və hərbçilərin dövlət əleyhinə nümayişləri dağıtması zamanı həlak olub.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: