Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ABŞ nəşrində erməni lobbisinə satılan alman deputatların adları açıqlanıb - SİYAHI
  • Almaniya Bundestaqının iki deputatı Azərbaycana qarşı çıxdı - Xankəndi və Şuşaya gəldilər
  • Zəngəzuru qaytarıb, İrana qarşı çıxmalıyıq - Erməni KİV
  • Naxçıvan DTX Ermənistana aid mühüm sənədlər yayıb
  • Ankara-İrəvan gizli danışıqları: Nələr müzakirə edilir?
  • ERMƏNİSTAN BUNDESTAQIN DEPUTATLARINI BELƏ SATIN ALIR - Amerikalı jurnalistin sensasion araşdırması

    • Tarix: 4-04-2021, 21:12



    Amerikanın müstəqil nəşri “The USA Tribune” Robert Horovitzin Almaniyadakı erməni lobbi fəaliyyəti ilə bağlı məqaləsini dərc edib. “Alman deputatları vasitəsi ilə effektiv olmayan erməni lobbiçiliyi” başlıqlı məqalədə ermənipərəst lobbiçilər tərəfindən həm federal, həm də yerli səviyyədə alman parlamentarilərinə çoxsaylı rüşvət verilməsi faktlarından bəhs olunur.

    "The USA Tribune" erməni lobbisi tərəfindən ələ alınmış Bundestaq üzvlərinin adlarını açıqlayır...
    Bu maraqlı araşdırmanın tam mətnini oxucularımıza təqdim edirik.

    ***

    Siyasi təcrübə kimi separatizm - xüsusən də bu proksi- hərəkat olarsa - ən azından hansısa legitimlik əldə etmək üçün xarici dəstəyə çox ehtiyac duyur. Separaçı hərəkatların liderləri əlaqələrini kəsdikləri ölkədən müstəqillik hüquqlarının olduğuna inandırmaq üçün Qərb ölkələrində qanunvericilərlə əlaqələr qurmağa çalışırlar.

    Postsovet məkanında və keçmiş Varşava Müqaviləsi ölkələrində bu hərəkatlar regional güclər tərəfindən ötən əsrdə malik olduqları təsir dairələrinə nəzarət etmək üçün təşviq olunur və gücləndirilir. Məsələn, Yuqoslaviya, 1990-cı illərdə Balkanlarda “Böyük Serbiya” hesab etdiyi ərazilərdə bir sıra separatçı hərəkatlar başladıb və dəstəkləyib. Yaxud Yeltsin Rusiyasının özü Gürcüstan, Moldova, Azərbaycanda separatçı hərəkatların başında dururdu.

    Azərbaycan 1993-cü ildə Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün 2020-ci ilin payızında kifayət qədər uğurlu hücuma başladı. Həmin müharibələrdən əvvəl də dünyanın bu qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar Avropadan olan deputatları muzdla ələ alaraq öz mövcudluqlarına legitimlik donu geyindirməyə çalışırdılar, həmin muzdlu deputatlar seçkilər zamanı və ya digər hallarda separatçı qurumların kvazipaytaxtlarında görünürdülər.


    Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş Ermənistan ordusunun qalıqları. Ermənistanın məğlubiyyəti avropalı deputatların münaqişənin özünə baxışlarını dəyişdi.

    Məsələn, “Almaniya üçün Alternativ” adlı ifrat sağçı partiyanın bir neçə üzvü bəll olduğu kimi, işğal edilmiş Dağlıq Qarabağda 1992-ci ildən sonra Ermənistanın qurduğu qanunsuz rejimi dəstəkləyirdi. 2017-ci ildən etibarən Almaniyanın Baden-Vyurtemberg, Türingiya, Meklenburg-Pomeraniya, Brandenburq federal torpaqlarının yerli qanunverici orqanlarının üzvləri, habelə “Almaniya üçün Alternativ” hərəkatından Bundestaqın deputatları və Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal edilmiş ərazilərinə bir neçə qanunsuz səfərlər həyata keçirmişdilər. Həmin hərəkatın Bundestaqdakı fraksiyasının nümayəndələri Dağlıq Qarabağın qondarma parlamentinin deputatlarını 2018-ci ildə Almaniyaya səfər zamanı qəbul etmişdilər. Və onları Brandenburq əyalətind 2019-cu il sentyabrın 1-də keçirilən seçkiləri izləməyə dəvət etmişdilər.

    Erməni KİV-ləri xəbər verirdi ki, həmin seçkilərdə “Dağlıq Qarabağ respublikasından” müşahidəçilər qismində nümayəndələr iştirak ediblər. Hərçənd Almaniyada yerli seçkilərə xarici müşahidəçiləri adətən dəvət etmirlər.


    Ötən il oktyabrın 18-də, döyüş əməliyyatlarının qızğın vaxtında "Almaniya üçün Alternativ" hərəkatının nümayəndə heyətinin üzvləri Qarabağda göründü. Nümayəndə heyətinin tərkibinə Şteffen Kotre, Bandenburq əyalət məclisinin vitse-prezidenti Andreas Qallau və deputat Andreas kalbits daxil idilər.

    “Almaniya üçün Alternativ” islamofob, antisemit, irqçi, antidemokratik və antiavropa meylli siyasi qüvvədir, alman xüsusi xidmət orqanları bu hərəkatı ekstremist təmayüllü olduğu üçün izləyir. Almaniyanın bütün digər partiyaları “Almaniya üçün Alternativ” hərəkatı ilə həm federal, həm yerli hökumətlərin formalaşdırılması zamanı koalisiyaya girməkdən imtina edirlər. Və bu partiya ilə hər hansı əməkdaşlıq qurmurlar. Hərəkatın üzvləri Ermənistanla və postsovet məkanındakı ərazi münaqişələri nəticəsində yaranmış separatçı rejimlərlə əməkdaşlıq edirlər. Partiyanın üzvləri tez-tez həmin separatçı regionlara və Krıma səfərlər edirlər, xüsusən də “seçki müşahidəçiləri” qismində.

    “Almaniya üçün Alternativ” hərəkatının Ermənistanın maraqlarına xidmət edən üzvlərindən bir qismi aşağıdakılardır:

    1. Bundestaqın üzvü, 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən Stefan Koyter. O, alman cəmiyyətində özünün fəal nasist və antisemit mövqeyi ilə tanınır.

    2. Brandenburq əyalət məclisinin üzvü Andreas Kalbis. O da 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, “Almaniya üçün Alternativ” hərəkatının sağ qanadı-Flügel-i (bu qanad hərəkatın daxilində ən nüfuzlu və eyni zamanda ən radikal fraksiyadır,-red.) təmsil edir. O, 2020-ci ilin mayında neonasist keçmişinə görə partiyadan xaric olunub. Lakin Brandenburq əyalət məclisində “Almaniya üçün Alternativ” fraksiyasının üzvü olaraq qalır. Kalbits Qarabağ müharibəsini “xristian mədəniyyətinin islam ekspaniyasına qarşı mübarizəsi” adlandırmışdı.

    3. Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Şteffen Kotre. O da 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Parlament qrupu daxilində ermənilərin xeyrinə kampaniya aparıb. Sağçı ekstremistdir, miqrantlara qarşı çıxış edir.

    4. Andreas Qalau, sağçı ekstremist, Brandenburq əyalət məclisinin vitse-sədri. 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı Dağlıq Qarabağa qanunsuz səfər edib. Partiyadan xaric olunan Andreas Kalbitsi dəstəkləyir.

    5. Lars Patrik Berq-2017-ci ildə Baden-Vyutemberq əyalət məclisinin deputatı qismində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, daha sonra Avropa Parlamentinə seçilib. O, Ermənistanın xeyrinə müntəzəm təbliğatı və özünün islamofob, antitürk və antiazərbaycan mövqeyi ilə tanınır.

    6. Enriko Komninq-2016-cı ildə Maklenburq-Ön Pemeraniya federal torpağının məclisinin deputatı qismində Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Sonra Bundestaqa üzv seçilib. 2016-cı ildə KİV-lər onun partiya üzvləri ilə qalmaqallı səs yazısını yaymışdı: “Biz parlament dövləti və ya demokratiya adlandırılan bu sistemi istəmirik. Biz onu ləğv etmək istəyirik”.

    7. Holger Arppe-Meklenburq-Ön Pomeraniya federal torpağının yerli qanunvericilik orqanının üzvü. 2016-cı ildə Dağlıq Qarabağa qanunsuz səfər edib, 2017-ci ildə rasist, pedofil və zorakı baxışları mətbuatda ifşa ediləndən sonra “Almaniya üçün Alternativ” hərəkatının yerli parlamentdəki fraksiyasından çıxıb. 2020-ci ilin payızında Qarabağda gedən müharibə zamanı erməni tərəfini fəal dəstəkləyib, Türkiyənin müharibədə “iştirakına” istinad edərək Avropada “islamlaşma təhdidi” barədə çıxışlar edib.

    8. Tomas Rudi-Türingiya federal torpağının yerli məclisinin üzvü. 2016-cı ildə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. “Almaniya üçün Alternativ” hərəkatının ifrat sağçı qanadının üzvüdür. Özünün nasist, irqçi, qomofob çağırışları və şüarları, bəyanatları ilə tanınır. 2020-ci ildə Qarabağda müharibə zamanı erməni tərəfinin xeyrinə təbliğati fəaliyyətlə məşğul olub.

    9. Manuel Oksenrayter-ifrat sağçı jurnalist. Sözügedən hərəkatın üzvlərini 2016-cı ildə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər zamanı müşaiyət edib, 2004-2011-ci illərdə “Deutsche Militärzeitrschrift” nəşrinə və 2011-ci ildə “Zuerest” nəşrinə baş redaktorluq edib. Hər iki nəşr sağçı-ekstremist meyllidir. 2014-cü ildə Tehranda təşkil edilən “Almaniyadakı yəhudi lobbisi” adlı antisemit konfransda çıxış edib. 2018-2019-cu illərdə Bundestaqın üzvü Markus Fronmayer Ukraynanın Ujqorod şəhərində macar azlığın nümayəndələrinə qarşı terror aktında iştirakına görə Bundestaqdakı işindən azad olunub. Alman mətbuatı yazırdı ki, Markus Fronmayer Rusiya rəsmi şəxslərindən təlimat alıb. Bundan əlavə, məlumat var ki, Oksenrayter və Fronmayer postsovet məkanındakı separatçı bölgələrə seriya qanunsuz səfərlərin təşkilatçılarıdır, üstəlik onlar Rusiya xüsusi xidmət orqanları ilə bu işdə əməkdaşlıq edirlər. Həmin şəbəkənin daha bir mühüm fiquru Mateuş Piskorski Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə həbs edilib.

    “Almaniya üçün Alternativ” hərəkatının işğal altında olan Dağlıq Qarabağ regionuna o vaxtkı səfərlərinin xərclərini oradakı qanunsuz rejimin “parlamenti” ödəyirdi. Qonaqlar bu faktı gizlətməyə çalışırdılar və məsələ ilə bağlı müxtəlif ziddiyətli bəyanatlar verirdilər.

    Hərəkatın nümayəndələrinin ötən ilki müharibə zamanı Dağlıq Qarabağa etdikləri səfərdə qanunsuz rejimin başçısı Araik Arutyunyan deyirdi ki, “Almaniya üçün Alternativ” hərəkatı ilə beş ildir fəal əməkdaşlıq edir.

    Erməni lobbi qrupları və əlbətdə ki, Berlindəki səfirlik Almaniya parlamentinin radikal solçu fraksiyaları ilə də uğurlu əməkdaşlıq qurublar. Həmin korrupsiyalaşmış alman məmurlarının arasında Bundestaqın ifrat solçu fraksiyasının aşağıdakı üzvləri yer alır:
    Sevim Dağdelen-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü. Türk mənşəlidir, yarı kürddür. Radikal antitürk mövqeyi ilə tanınır.


    Sevim Dagdelen-2020-ci ilin iyulunda Berlində antiazərbaycan isteriyası başlatmışdı

    İndiki çağırış Bundestaqda Almaniya-Türkiyə parlament qrupuna başçılıq edib və qrupun fəaliyyətini tam iflic edə bilmişdi. Onun antiazərbaycan mövqeyi 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində baş vermiş toqquşmalardan sonra başladı.
    O zaman deputat Türkiyənin Azərbaycana siyasi dəstəyini özünün yeni antitürk kampaniyası üçün istifadə edirdi. Və həmin dövrdə Almaniyadakı seçkilər zamanı hökm sürən güclü antitürk əhval-ruhiyyəsindən yararlanırdı. O vaxtdan bəri o, Azərbaycanın ünvanına populist, absurd və əsassız iddialar irəli sürməkdədir.

    Fraksiyanın xarici siyasət üzrə nümayəndəsi, doktor Greqor Gizi 2017-ci ilə qədər fraksiyanın xarici siyasət üzrə həmsədri olub. Həmin vaxtdan o, münaqişə ilə bağlı özünün ardıcıl mövqeyi ilə tanınıb. O, Azərbaycan diasporunun sorğularına cavab verərkən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib.
    Sol fraksiya həmişə münaqişə ilə bağlı obyektiv mövqeyə malik olub, bu fraksiyanın rəhbərliyinin qəbul etdiyi sənədlərdə həmişə əksini tapıb. 2017-ci il seçkilərindən sonra o, fraksiyanın xarici siyasət üzrə qrupuna başçılıq etməyə başlayıb. Azərbaycan səfirliyində görüş zamanı hətta münaqişənin ədalətli həlli naminə özünün lobbiçilik xidmətlərini də təklif edib.

    Lakin son Qarabağ müharibəsi başlayan kimi onun mövqeyi kökündən dəyişdi. O vaxtdan bəri Gizi ermənipərəst bəyanatlarla çıxış edir. Ölkəsinin Türkiyəyə münasibətini tənqid edir, qeyd edir ki, Azərbaycan Türkiyənin “hərbi dəstəyi” ilə Qarabağ ermənilərinə hücum edib.

    Ulla Elpke-Bundestaqın daxili işlər üzrə komitəsində sol fraksiyadan məruzəçidir. Fraksiyanın Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən yeganə üzvüdür. Tovuz döyüşlərindən sonra o, Almaniya hökumətinə “Almaniyada ermənilərə hücumlar” adlı kiçik sorğu göndərib. Və erməni diaspor təşkilatlarının məlumatlarına əsaslanaraq Azərbaycan, Türkiyə xüsusi xidmət orqanlarına qarşı əsassız iddialar irəli sürüb. Hökumətin deputatın hansısa ittihamlarını təsdiqləməkdən imtina etməsi və Azərbaycan diasporu tərəfindən onun ermənipərəst fəaliyyətinin ifşa olunması Elpkeni ikinci plana keçməyə məcbur etdi. Və o fəal təbliğatdan kulislərdə lobbiçiliyə keçdi.

    Siyahını Bundestaqın Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqı fraksiyalarından olan üzvləri tamamlayır:


    Albert Veyleri Dağlıq Qarabağa dartıb gətirən səbəblər nə idi...

    Albert Veyler-Almaniya-Cənubi Qafqaz Forumunun sədr müavini. Almaniyada ermənilərin fəal siyasi lobbiçilərindən biridir, Alman-Erməni forumunun həmtəsisçisi və həmsədridir. Alman-Erməni Forumunun hüquqi ünvanı Bundestaqın ofisi göstərilib. Onun ofisində işləyən Alla Serobyan da bu forumun idarə heyətinin üzvüdür. Veyler Türingiya federal əyalətindən seçilib.

    2018-2019-cu illərdə Almaniyada, xüsusən də Türingiya əyalətində erməni mütəşəkkil mafiyasının mövcudluğu, onun Alman-Erməni Forumu ilə əlaqələri haqda xəbərlər yayılmışdı. Forumun üzvləri erməni əsilli peşəkar boksçular Artur Abraham və Karo Murat bu mafiyanın tərkibinə daxildir. Veyler 2013-cü ildən Bundestaqın deputatı olub.
    O vaxta qədər əyalət səviyyəsində siyasətlə məşğul idi. Təxmin etmək olar ki, onun federal siyasətdə meydana çıxması erməni mafiyasının dəstəyi ilə bağlıdır. 2014-cü ildə o, Azərbaycanın işğal edilmiş ərazilərinə ilk qanunsuz səfərini edib. Daha sonra Alman-Erməni Forumunu təsis edib.

    Bundestaqa seçilənən sonra o, habelə “Almaniya-Cənubi Qafqaz” forumunun sədr müavini olub, Almaniya kanslerinin Azərbaycana səfəri zamanı özünü nümayəndə heyətinin tərkibinə daxil etməyə çalışaraq qalmaqal yaratmaq istəyib. Hərçənd Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqının bloku bütün sahələrdə “Almaniya üçün Alternativ” hərəkatı ilə əməkdaşlıqdan imtina edib, buna baxmayaraq parlament qrupunun sədr müavinləri Albert Veyler və Şteffen Kotre (“Almaniya üçün Alternativ”) əməkdaşlıq etməkdə davam edirlər. Onlar Bundestaqda Azərbaycan səfiri ilə görüş keçiriblər. Görüşü Veylerin ofisinin işçisi Alla Serobyan təşkil edib.


    Bu da Bundestaqın ermənipərəst üzvü Ulla Elpke

    Manfered Qrund-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü, Azərbaycanla yaxşı münasibətlərə malik olsa da 2014-cü ildə Albert Veylerlə birlikdə işğal edilmiş ərazilərə səfər edəndən sonra Ermənistanın xeyrinə fəal lobbiçilik etməyə başlayıb. O, Bundestaqın fəal deputatlarından biridir və 2020-ci ildə Qarabağdakı müharibə zamanı Ermənistanın tərəfində çıxış edib. 

    Bundan əlavə, o Türingiya əyalətindən seçildiyi üçün təxmin etmək olar ki, Ermənistanla əməkdaşlığı erməni mafiyası üzərindən qurulub. Onun ofisində (təsdiqlənməmiş məlumata görə) Dağlıq Qarabağdan olan erməni Andranik Aslanyan işləyir. Aslanyan «ELASE Real Estate GmbH» şirkətinin baş direktorudur və separatçı rejimin ünsürlərinin pullarının Almaniyada yuyulması ilə məşğuldur.

    Till Mansman-Azad demokratlar partiyasının fraksiya üzvüdür, Bundestaqın deputatıdır. Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavinidir. O da Alman-Erməni Forumunun sədr müavinidir və erməni lobbiçisidir. İstisna deyil ki, Mansmanın erməni lobbisinə qoşulmasını Albert Veyler təşkil edib. Bundan əlavə seçildiyi Berqştrasse seçki dairəsi 2013-cü ildən Qarabağdakı qanunsuz rejimlə əməkdaşlıq edir.

    Cem Özdemir-Bundestaqda Yaşıllar fraksiyasının üzvüdür, nəqliyyat və rəqəmsal infrastruktur üzrə komitənin sədridir. 2008-2018-ci illərdə Yaşıllar partiyasının həmsədri olub. 2015-ci ildən “erməni genosidi”nin tanınmasını təbliğ edir. Özdemir Bundestaqın 2016-cı ildə “erməni genosidi” ilə bağlı qəbul etdiyi qətnamənin müəlliflərindən biridir.


    Erməni ilə evli olan Bundestaq üzvü Martin Sonneborn-özünün ermənipərəst mövqeyini gizlətmir

    Martin Sonneborn-Die PARTEI -satirik, klounların üzv olduğu populist partiyanın sədridir. Erməni qadınla evlidir və erməni məsələsini fəal müdafiə edir. O, 2018 və 2019-cu illərd Qarabağa qanunsuz səfərlər edib. İkinci səfərdə onu partiya yoldaşları da müşaiyət edirdi. Siyasətə ciddi yanaşmayan və Avropa Parlamentində şou təşkil edən (bir dəfə lehinə, bir dəfə əleyhinə səs verməklə) Sonneborn erməni təbliğatı ilə ciddi məşğul olur.
    2021-ci ilin yanvarında sosial şəbəkələrdə Çinlə bağlı “lətifə” yayıb, hansı ki, bu “lətifə” asiyalarılara qarşı rasizm kimi dəyərləndirilmişdi. Sərt tənqid dalğasından sonra o, üzr istəməli olub. Sonnebornun bu postuna etiraz olaraq partiyanın fraksiyasının ikinci üzvü (Die PARTEI Avropa Parlamentində cəmi iki üzvlə təmsil olunur) Niko Semsrott istefa verib.

    Ermənistanın digər lobbiçiləri arasında“Haypress.de” xəbər saytı, altı fəxri konsul- Saşa Duerkop, Otto Luçterhandt, Tessa Hoffman və başqaları da var. Tamamilə ağlabatandır ki, biznesmenlər olan həmin fəxri konsullar başqa erməni lobbiçilərini də maliyyələşdirir.

    Günter Pilarski- Gunter Pilarski – Karlsrue şəhərindəki Cronimet Korporasiyasının prezidenti, 2006-cı ildən bəri Ermənistanın Baden-Vürttemberg əyalətindəki fəxri konsulu vəzifəsində çalışır. O, eyni zamanda “Karlsrue SC “Futbol Klubunun vitse-prezidenti və sponsorudur. 2020-ci ilə qədər klubun prezidenti CDU / CSU fraksiyasınınvüzvü İngo Vellenreuter idi. İddialara görə Pilarski Vellenreuterin siyasi əlaqələrindən istifadə edir.

    2. Doktor Stefen Brayan Fera- «Wicom Germany GmbH» şirkətinin sahibi və Almaniyanın Hessendəki fəxri konsulu. O, 2013-cü ildə Berqştrasse bələdiyyəsinin başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini təşkil edib. Ehtimal ki, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Till Mansmannla əməkdaşlıq edir.
    Saşa Dyuerkop-2020-ci ilə qədər FİFA ilə bağlı olmayan futbol komandaları üçün beynəlxalq rəhbər təşkilat olan CONFİA-nın “baş katibi” işləyib. Hazırda sosial şəbəkələrdə ermənilərin lehinə təbliğat aparır və Azərbaycanla təmasları olan alman siyasətçilərinə təzyiq etməklə məşğuldur. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.

    Doktor Otto Luhterhandt-pensiyada olan beynəlxalq hüquq professorudur və Ermənistanın maraqlarını elm dairələri üzərindən müdafiə edən əsas fiqurdur. Öz məqalələrində Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq haqqının olduğunu sübut etməyə çalışır. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.

    Tessa Hoffman-publisistdir, öz araşdırmalarında Ermənistanın saxta tarixini təbliğ etməklə məşğuldur. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.
    Maraqlıdır ki, bütün bu adamlar ermənilərin ikinci Qarabağ müharibəsində uduzmasından sonra erməni işinə maraqlarını itirməyə başlayıblar.


    Ermənistanın kapitulyasiyası korrupsiyalaşmış deputatların erməni lobbisi ilə əlaqələrində dönüş nöqtəsi oldu. Uduzulmuş işə görə riskə getməyə hazır olan az tapılar...

    Rusiya, Azərbaycan və Ermənistan arasında tanınmayan “DQR”-in taleyini təyin edən 9 noyabr üçtərəfli razılaşması, erməni dairələri ilə korrupsiyalaşmış Avropa parlamentariləri arasında münasibətlərdə də dönüş nöqtəsi oldu.

    Azərbaycanın işğal altındakı ərazilərində erməni ilhaqçı siyasətinin sona çatması ilə bu qanunvericilər yararsız hala düşdülər, çünki onların məqsədləri yalnız Avropa paytaxtlarında Ermənistanın millətçi baxışlarını müdafiə etmək idi. Lakin maliyyə mənbəyinin bitdiyi yerdə başqa bir başlanğıc yaranır.

    Ermənistan tərəfindən dəstəklənən qanunsuz rejim mövcud olmasa da, digərləri hələ də qalmaqdadır. Və bu utilizasiya olunan - daha yaxşı söz olmadığına görə bu ifadəni işlətməyə məcburuq - qanunvericilər digər separatçı və işğalçı rejimlər, məsələn Ukraynadakı separatçı rejimlər üçün işləməyə başlayacaqlar.

    Məsələ bundadır ki, bəzi Avropa parlamentariləri, göründüyü kimi, digər ölkələrin maraqlarına xidmət etmək üçün öz hökumətlərində vəzifələr tutmağa davam edirlər. Bu olduqca gəlirli həyat tərzi kimi görünür. Avropada dövlət məmuru statusu və başqa ölkənin milli maraqlarına xidmət etmək məsələsi böyük ölçüdə tənzimlənmir.

    Ola bilsin korrupsiya, neo-nasizm və dövləti xəyanətə qarşı mübarizə üçün bu hərəkətlərlə bağlı daha sərt qanun və qaydalara ehtiyac ola bilər.

    Oxunub: 331
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.