Ermənistanda koronavirusdan ölənlərin sayı 3 614 nəfərə yüksəlib
Ermənistanda son sutkada koronavirusa 479 yoluxma qeydə alınıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 197 113 yoluxma qeydə alınıb. Məlumata görə, ölkədə son sutkada daha 22 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 614 nəfərə çatıb.
Koronavirusdan sağalanların ümumi sayı 176 889 nəfərə yüksəlib.
Hazırda 15 687 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: