Ümrə ziyarətinə icazə verilib -
Səudiyyə Ərəbistanı tələbləri açıqlayıb
“Hurriyet” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin COVID-19-la bağlı yaydığı yeni açıqlamasında bildirilib.
Bu şərtlərə uyğun gələn zəvvarlar Məkkəyə qəbul ediləcək və ibadətlərini gerçəkləşdirə biləcəklər. Bu şərtlər Mədinədə Məhəmməd peyğəmbərin məscidinə ziyarətlərə şamil olunur.
Bildirilib ki, Səudiyyə Ərəbistanında 5 milyondan çox insan pevənd olunub. Krallıq üzrə 587 vaksinasiya mərkəzi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının 34 milyonluq əhalisi var. Son məlumata əsasən, ölkə üzrə koronavirusdan 6 697 nəfər ölüb, 392 682 nəfər yoluxub. Koronavirusdan sağalan pasiyentlərin sayı 379 816-ya çatıb.