Ruslar atəş açdı: İki ukraynalı hərbçi həlak oldu
Bu barədə Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib.
Açıqlamada Donbasdakı silahlı separatçıların atəşkəs rejimini pozduğu bildirilib:
“Donbas bölgəsində rusiyameylli separatçıların həyata keçirdiyi hücumda Ukrayna ordusunun 2 hərbçisi həlak olub. Müdafiə bölmələrimiz rus işğalçı qüvvələrini cavab atəşi ilə susdurub”, - açıqlamada qeyd edilib.
Açıqlamada, eyni zamanda, rus separatçılarının son 24 saat ərazində atəşkəs rejimini 7 dəfə pozduğuna diqqət çəkilib.
Oxunub: 389
Xəbəri paylaş
Paylaş: