Pompeo Lukaşenkodan sonra Nazarbayevlə görüşə yollandı
ABŞ Dövlət katibi Mayk Pompeo Qazaxıstana səfərə gəlib. Bu barədə jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov məlumat verib.
Məlumata əsasən, Pompeo sabah Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi ilə bir araya gələcək. Tərəflərin ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Bundan əlavə, Pompeonun Prezident Qasım Comart Tokayev, eləcə də bu ölkənin birinci Prezidenti Nursultan Nazarbayevlə görüşü planlaşdırılır.
Xatırladaq ki, M.Pompeo dünən Belarusda Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb./Virtualaz.org
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: