İranda koronavirusa yoluxanların sayı iki milyonu keçdi
İranda ötən 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 185 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Onun sözlərinə görə, bununla İranda koronavirusdan ölənlərin sayı 63 884 nəfərə çatıb.
Nazirlik rəsmisi qeyd edib ki, ötən sutka ərzində İranda həm də 22 586 nəfərdə koronovirus aşkarlanıb və xəstəliyə yoluxanların ümumi sayı 2 006 934 nəfərə yüksəlib.
İranda indiyədək 1 684 570 nəfər koronavirusdan sağalıb, 13,4 milyondan çox test aparılıb.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: