“Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir"-
Əhməd İsmayılov
"Cənab Prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir".
Bunu Report-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
"Hazırda layihənin işçi qrupda müzakirəsi davam etdirilir. Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin həmin layihədə nəzərdə tutulması prosesi davam etdirilməkdədir. Bu proses qısa bir zamanda yekunlaşandan sonra qanun layihəsinin yekun variantı təqdim olunacaq", - o bildirib.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: